Mənim evdə ən çox önəm verdiyim otaqlar mətbəx və yataq otağıdır. Bəlkə də günümün çox hissəsi mətbəxdə keçdiyi üçün mətbəxi, uzun və yorucu günün sonunda yataq otağında rahat yatıb dincəlməyi sevdiyim üçün də yataq otağı sevimlim məkanımdır. Bu gün sizlərə yataq otağı dizaynları təqdim etmək istərdim. Buyurun, izləyin.
Bu yataq otağında daha çox ağ rəngdən istifadə edilib. Ağ rəngi sevənlər üçün çox gözəldir.Möhtəşəmdir, elə deyilmi?
Bəs bu necədir?
Bu otaqda daha çox mavi rəngə üstünlük verilib.
Ağ və qara rəngdən istifadə olunub. Avanqard bir stil yaranıb.
Belə bir yataq otağını kim istəməz ki?
Şahlara layiq bir yataq dəsti.
Sədə olduğu qədər də dəbdəbəlidir.
Bu necədir?
Bu yataq otağının gözəl mənzərəsi var.
Bu yataq otağında qırmızı rəng daha çox istifadə olunub.
Burada isə bir neçə rəng çalarlarına üstünlük verilib.
Yellənən yataq dəsti ilə maraqlı yataq otağı.
Çəhrayı rəngi sevənlər üçün.
Qəhvəyi rəngi sevənlər üçün.
Yataq otağında tünd rənglərə üstünlük verdiyim üçün bu yataq otağını daha çox sevdim.
Mən yataq otağında açıq rəngi sevmirəm. Mənə görə yayda günorta yatarkən pərdələri açıb pəncərəni qapadığın zaman otaq gecə kimi qaranlıq olmalıdır. Bəs siz necə, xanımlar, siz necə yataq otağına üstünlük verirsiniz? Şərhlərdə müzakirələrinizi gözləyirəm.