Qadin.NET / Evimizin yaraşığı pərdələr

Evimizin yaraşığı pərdələr

İnteryerdə ən önəmli məqamlardan biri də pərdədir.Evi pərdəsiz təsəvvür etmək mümkün deyil.Pərdəsiz ev- yarpaqsız ağaca bənzəyir.Bir çox insanlar bir pərdə ilə on il yaşayır,amma düşünmürlər ki,pərdə evin paltarıdır.Onları da ən azından mövsümə görə dəyişmək lazımdır.Pərdələri asarkən bilmək lazımdır ki,ev gün işığından məhrum olmasın.Həmçinin pərdə elə asılmalıdır ki,pəncərənin qüsuru görünməsin.Əgər pəncərədən həm tül,həm də dekorativ asılırsa,onlardan biri mütləq saya və gülsüz olmalıdır.

 

Qonaq otağı : Mavi,göy,boz və bənövşəyi tonlar evi soyuq göstərir.Bej,qəhvəyi,qırmızı və narıncı rənglər isə otaqda isti abu-hava yaradır.Qış aylarında qonaq otağına məxmər və velür materialdan olan pərdələr asa bilərsiniz.Yayda isə incə,mülayim ipək materiallarla pəncərənizi bəzəyin.Fransızlar hesab edirlər ki,qızılı rəng evə uğur və zənginlik gətirir.Amerikalı dizaynerlər isə avanqarda üstünlük verirlər. 

 

Yataq otağı : Yataq otağının pərdəsi sakit,mülayim tonlarla olmalıdır.Yataq otağına bacardığınız qədər sadə pərdə asın.Həmçinin bu otağın pərdəsi yataq örtüyünə uyğun olmalıdır. 

 

Uşaq otağı :  Uşaq otağına mebelin rənginə uyğun və əhval-ruhiyyəni yüksəldən pərdə seçmək lazımdır.Məsələn; üzərində hansısa nağıl qəhrəmanının şəkli,kloun və ya hansısa heyvan əksi olan pərdə ola bilər. 

 

Mətbəx : mətbəx pərdələri olduqca yüngün materiallardan tikilməlidir.Əsasən mətbəxin divarının rəngi ilə uyğun olmalıdır.Karniz isə qapının rəngi və materialı ilə uyğunlaşmalıdır.Əslində mətbəx üçün ən uyğun pərdələr ağacdan hazırlanmış qatlanan pərdələrdir.Çünki belə pərdələrə yemək iyi hopmur və onları yumağa ehtiyac yoxdur.Asanlıqla silib təmizləmək mümkündür. 

 

Bəs siz pərdələrə qarşı nə dərəcədə həssassınız? Tez-tez mi dəyişirsiniz?


7 mart 2011
GO BACK