Hər kəs gözəl və rahat bir evdə yaşamaq istəyir ancaq ev axtarmaq və tapmaq üçün olduqca çətin bir dövrdür. Bəziləri istədiyiniz kimi olur, bəziləri tərsinə, hər şey ürəyinizcə olanda da qiymətdə problem yaranır. Axırda istədiyiniz kimi bir ev tapsanız, nə xoş sizə.
Yaxşı, ideal və rahat evin xüsusiyyətləri nələrdir? Hansı xüsusiyyətlər sizi təmin edər? Yeni bir ev alarkən və ya kirayə ev taparkən ilk nəyə diqqət etməliyik? Budur, sizin üçün bir neçə tövsiyə.
Ev sahibi
Əgər kirayəlik bir ev axtarırsınızsa, diqqət etməniz lazım olan ən əhəmiyyətli mövzu ev sahibidir. Tez-tez sizi narahat edəcək və hər şeyə qarışacaq bir ev sahibindən daha pis bir şey ola bilməz. Eyni mənzildə yaşamamasına diqqət yetirin. Əgər belə bir vəziyyət mümkün deyilsə, ev sahibinin necə biri olduğundan əmin olmadan evini kirayələməyin. Məsafənizi başdan saxlayın.
Rahat mətbəx
Xüsusilə qadınların ev içində ən çox vaxt keçirdikləri məkan mətbəxdir. Bu səbəblə xüsusilə mətbəxin genişliyinə, rahat olmasına, mətbəx qardiroblarına əhəmiyyət verin. Dar və havasız bir mətbəxdə yemək bişirmək sizin üçün işgəncəyə çevrilə bilər.
Gün işığı
Evin hər bölgəsinə günəş işığı düşməsinə diqqət yetirin. Əks təqdirdə qaranlıq bir evdə yaşamaq ürəyinizi sıxar və narahat olmanıza səbəb olar. İşıqlı bir mühitdə qalmaq, yemək bişirmək, dərsə hazırlaşmaq həmişə insanın əhvalını yüksək edir. Beləcə, gün ərzində işıq yandırmağa da ehtiyac olmaz.
Səmt
Evinizin şimal səmtində olmamasına diqqət etmənizdə fayda vardır. Əks təqdirdə şimal divarlarınızda kif yarada bilər və qışda evinizdə istilik olduqca çətinləşər.
Eyvan
Eyvanlar bir evi gözəlləşdirən ən kiçik ayrıntılardandır. Kimsə ev seçərkən eyvanın şəklinə, genişliyinə, baxdığı yerə diqqət etməz. Ancaq eyvan yaz, yay aylarında ən çox istifadə edilən hissədir. Başqa bir binanın divarına baxan eyvanda oturmağın heç bir mənası yoxdur və ya dar iki kürsünün belə girmədiyi uzun eyvan ən istifadəsiz eyvanlardandır. İsti havalarda nahar etmək, axşam çay içmək üçün ideal olan eyvanlara ev seçimi zamanı daha çox diqqət etməyinizii təklif edirik.
Evin yeri
Bazardan və mərkəzi yerlərdən uzaq olan evlər, ümumiyyətlə, seçilmir və buna görə də qiymətləri də mərkəz bölgələrdəki evlərə görə olduqca aşağıdır. Ancaq axtardığınız hər şeyin evinizin yaxınlığında olması böyük bir üstünlükdür. Əgər ev alacaqsınızsa, mərkəz bir yerdə olmasına diqqət etməyiniz məsləhətdir.