Hər birimiz körpələrimizə məxsus olan bir otağın olmasını istəyirik, amma şərtlər çox vaxt bizim istədiyimiz kimi olmur. Əlbəttə, çoxlarımız böyük həyət evlərində və villalarda yaşamırıq. Ən yaxşı halda 2 və 3 otaqlı mənzillərə sahibik. Əgər ailə üzüvlərinin sayı çox olarsa, 3 otaqlı mənzil belə azlıq edə bilir. Amma bütün bu çətinliklərlə yanaşı balacaların vaxtlarının əksər hissəsini keçirə biləcəkləri bir yerləri, güşələri olmasını istəyirik. Təqdim edəcəyim modellər təkcə bir yataq dəsti olmayıb həm paltar və digər avadanlıqlarını yığmağa yarayan bir şkaf, həm də dərs və oyun keçirə biləcəkləri bir məkan kimi də istifadə oluna biləcək kompakt mebellərdir.
Mebelin bu şəkildə yığılışı da balaca evlər üçün münasibdir, aşağıda dərsləri hazıramaq üçün stol üstündəki çarpayı və rəflər səliqəli və yığcamdır.
Bu forma həm yataq, həm də oyun yeri kimi istifadə oluna bilər.
2 övlad sahibi olanlar çarpayıları bu şəkildə qursalar, həm otaqda yer az tutar, həm də avadanlıqları yığmağa da kifayət qədər yer qalar.
İki qatlı qurulmuş mebel, həm dərs hazırlamaq üçün məkan, həm oyun yeri, həm də yataq kimi istifadə olunur. Hələ bu güşəyə dolab da rahatlıqla yerləşir.
Çox kompakt olan növbəti model də kiçik evlərə uyğundur.
Rəfi və dolabı olan 2 qatlı yataq mebeli kiçik olsa da çox funuksiyalıdır.
Kiçik evlərdə rahatlıqla qurula bilən gözəl mebel modeli.
Bəyəndinizmi?