Dinclik verən yaşıl rəng araşdırmalara görə ürək sağlamlığına da yaxşı təsir edir. Çünki yaşıl olan mühitlərdə insanların psixologiyası daha dinc və sağlam olur. Çox qəşəng dekorasiya fikirləri və dekorasiya fotoşəkillərini sizlər üçün seçdim.
Qonaq otağında istifadə etdiyiniz bir divan mühitin bütün havasını dəyişdirməyə bəs edər. Bunun üçün yaşıl rəngli divanınızı yaşıl tonlarındakı yastıqlarla bəzəyin.
Yemək masanızda yaşıl süfrələr və dekorativ məhsullarla rahat və göz oxşayan bir mühit hazırlaya bilərsiniz.
Yaşıl rəngdən istifadə etmək üçün yalnız dekorasiya məhsullarına ehtiyacınız yoxdur. Əgər canlı çiçəkləri xoşlayırsınızsa, yaşıl bitkilərdən istifadə edərək həm sağlam, həm də ətirli məkan yarada bilərsiniz.
Hamamınızda mövsümün trendi bal pətəyi və yaşıl tonları birləşdirərək müasir bir görünüş yarada bilərsiniz.
Yataq otağınızın bir divarını yaşıla boyayaraq yuxu üçün sakit bir mühit hazırlaya bilərsiniz.
İş otağınızda istifadə edəcəyiniz yaşıl tonlar zehninizin rahatlanması üçün ideal ola bilər. Bu rəngi bir digər dinclik verən rəng olan maviylə birləşdirməyi yoxlayın.
Yaşıl divarlar sizə enerji verərək fikirlərinizin yenilənməsini təmin edə bilər. Bu səbəblə bu tondan iş otağınızda istifadə etməyə diqqət edin.
Əgər yaşıl divarlar, ya da dekorasiya məhsullarında istifadə etmək istəmirsinizsə, süfrə və yastıqlarla evinizi göz oxşayan edə bilərsiniz.
Əgər pilləkənli bir evdə yaşayırsınızsa, pilləkənləri yaşıla boyayaraq möcüzəli bir mühit yarada bilərsiniz.
Zəmində istifadə edəcəyiniz yaşıl bir xalça evinizin bütün havasını dəyişdirməyə bəs edəcək.