Taxta evlər - təbii və gözəl olur.İstiliyi daha yaxşı saxlayır və “nəfəs alır”. Mikroiqlimi insanlar üçün çox xeyirlidir.Xüsusi dizayna ehtiyacları yoxdur.Belə evlərdə sadəlik interyerə özünəməxsus yaraşıq verir.Taxta evləri şam ağacından hazırlamaq məsləhətlidir.Çünki bu material digərlərinə nisbətən daha keyfiyyətli və dözümlüdür.Eyni zamanda şam ağacından tikilən evlər qışda isti,yayda sərin olur.Taxta evlərin ən önəmli xüsusiyyətlərindən biri də odur ki,bu tip evlər insanın hissiyyatını,həyat fəaliyyətini yüksəldir,sinir sistemini sakitləşdirir.

Daş evlər - Bərk və davamlı evlərdir.İstiliyi özlərindən kənara ötürürlər. Əgər daşdan bağ evi tikdirmək fikriniz varsa,o zaman evin divarlarını qalın edin. Bele evlərə dizayn seçimi çoxcəhətlidir.Əsasən mozaika görünüşü daha çox bəyənilənlərdəndir.

Kantri üslublu evlər - Bu üslub açıq çalarlardan,təbii ağaclardan və hər cür mebellərdən istifadə etməyə imkan verir.Kantri üslubu evə rahatlıq verərək,əlavə fantaziya tələb etmir.
Hay-tek üslublu evler - Son zamanlar daha çox aktual olub.XX əsrin sonlarında yaranıb.Əsasən rəng seçimi böyük rol oynayır.Rənglər soyuq və isti çalarlara bölünür.İsti rənglər sarı,qırmızı,bənövşəyi sayılır.Bu rənglər məkanı daha rahat hiss etdirir,lakin vizual olaraq evin daxilini balaca göstərir.

Bağ evlərində otaqların düzgün bölüşdürülməsi vacib şərtlərdəndir. Məsləhətdir ki,yataq otağı şərq istiqamətdə olsun. Bu,sizin səhəri ürəkaçan mənzərə ilə qarşılaşmağınızı təmin edəcəkdir. Qonaq otağınızın pəncərəsi isə qərbə doğru açılarsa,bu əhvalınıza çox gözəl təsir göstərəcək. Kitabxana və iş otağınızın pəncərəsi şimal tərəfə açılsa yaxşıdır.
