Qadin.NET / Rahat yatın

Rahat yatın

Hər kəs istəyir ki, yataq otağı zövqlü və müasir olsun. Bununla bərabər o, həm rahat, həm də praktik olmalıdır. İndi yataq otağı üçün alınan mebel dəsti təkcə yatmaq üçün nəzərdə tutulmur. Ən əsası onun dizaynı yaşam tərzinizə uyğun olmalıdır. Belə ki, burada bəzi diqqət olunası nüanslar mövcuddur. İlk öncə rasional minimalizm tələb edən interyer seçimi lazımdır. Əvvəllər yataq otağı dəstinə taxt, şifoner, tumbalar, sandıq daxil idisə, indi sadəcə taxt və kamodla kifayətlənilir.

Rahat yatın
 
 Rahat yatın

Hər kəsin fərqli gözəllik duyğuları və bununla formalaşan zövqü var. Kimi parlaq və dəbdəbəli, kimi daha sakit və sadə quruluşlu, kimi rahat və klassik tərzi daha uyğun hesab edir. Seçilmiş mebellərin, pərdələrin və divar kağızının rəngi bir-biri ilə harmoniya təşkil etməlidir. Divar kağızının rəngi çox parlaq olmamalı, daha çox pastel rənglərə müraciət olunmalıdır. Hələ bura yataq örtüklərinin rəng uyğunluğu da əlavə olunarsa, sizin yataq otağınız rahat atmosferli və gözəl görünüşlü olacaq.

Rahat yatın
 
Rahat yatın

Yataq otağı həm qarderobunuzu yerləşdirdiyiniz məkandır, həm də sevimli kitablarınızı yerləşdirmək üçün rəf ayırıb rahat bir kreslo yerləşdirməklə istirahət güşəsinə də çevirə bilərsiz.

Rahat yatın
 
Rahat yatın

İnsan ömrünün 1/3 hissəsini yuxuda keçirir və bunun da çox hissəsi yataqda olur. Bu, ən önəmli məsələlərdən biridir. Yataq otağının rahatlığına xüsusi diqqət yetirilməlidir. Yatağın ucuz və ya bahalı, xarici və ya yerli, gözəl və ya əksinə olmasının heç bir önəmi yoxdur. Ən əsası otaq rahat olmalıdır. Siz bütün yorğunluğunuzu orada çıxara bilməlisiniz. Ona görə də seçim sizin zövqünüzdən və pul kisənizin "ölçüsündən" asılıdır.

Rahat yatın

Yataq otağı evin ən sevimli hissəsidir. Gərgin iş rejiminin sonunda nəhayət günün yorğunluğunu və stressi çıxarmaq üçün üz tutduğumuz ilk yer yataq otağı olur. Burada biz yeni günə başlamaq üçün "enerji yığırıq". Buna görə də hər kəs yataq otağını gözəl və komfortlu görmək istəyir.

Rahat yatın
 
Rahat yatın
21 mart 2014
GO BACK