Qadin.NET / Qeyri-adi fincanlar

Qeyri-adi fincanlar

Əziz Qadın.Netlilər, sizə bəzi fincan nümunələri təqdim edirəm. Bu fincanlar bir qədər qeyri-adidir. Yəqin ki, bəzilərinə baxanda "Aaa, bu nədir?" demək keçir ürəyinizdən. İstədim ki, bu fərqli dizaynlarla sizi də tanış edim. Buyurun baxın. Ümid edirəm ki, bəyəndikləriniz olacaq.

Olduqca gözəl bir dizayna malikdir, amma bu fincanda içmək adamı lap hövsələdən çıxarar.

Kompüterin klavişləri formasında fincan maraqlı görünür.

Daha bir qeyri-adi fincan.

Bunlar necə dayanırlar görəsən?

Ağac formasında fincan gözəl görünür.

Fərqli bir dizayna malik fincan dəstidir.

Kim bu fincanda çay içər?

Yeriyən fincan. Qaçar evinizdən, diqqətli olun!

Fərqli bir dizayn daha....

Gündəlik əhvali-ruhiyyənizə uyğun fincanlar.

Yanındakı balaca fincana şəkər də qoya bilərsiniz.

Barmaqlarınızın rahatlığı üçün...

Bu da gözəldir.

25 mart 2014
GO BACK