Hətta ən kiçik vanna otağında belə səliqəli,düzənli abi-hava yaratmaq mümkündür.
Bunun üçün 8 praktik məsləhətə baxmaq işinizə yarar.
1.Pambıqlı çöplər göz qarşısında
Pambıqlı çöplərin və digər kosmetik pambıqların saxlanması üçün şəffaf plastik qutular seçin,belə olduqda həm gözəl görüntü əldə edəcəksiniz,
həm də onların nə zaman tükəndiyini görəcəksiniz.Makiyaj üçün istifadə etdiyiniz fırçaları şaquli şəkildə bir qabda saxlayın.
2.Tualet kağızı rulonlarını gizləməyin
Yəqin ki,rastlaşmısınız,rəfiqələrinizin evindəsiniz,tualetdən istifadə edərkən tualet kağızı bitmişdir.
Belə halda başqasının şkaflarını axtarmaq düzgün olmazdı.Belə bir hal səzən evinizə gələn qonaqlarla da baş verə bilər.Ona görə də
bu kimi hallardan qaçmaq üçün tualet kağızlarını səliqəli bir şəkildə səbət içərisində görünən yerdə qoymaq lazımdır.
3.Gündəlik kremlər əl altında
Gündəlik baxım kremlərini şkaf raflarının daha ön tərəfində qoyun.Digər günəşlənmə kremlərini,
losyonlarını,qonaqlar üçün diş fırçaları daha arxa raflarda qoyun.
4.Tavanlardan istifadə edin
Əgər vanna otağında darısqallıq varsa,onda tavandan da istifadə etməyi unutmayın.Şəkildə gördüyünüz kimi
Asqılı meyvə səbətini duş kabinəsində vanna malzəmələrini qoymaq üçün istifadə edə bilərsiniz.
5.Çantalar da işə yarayır
Sizin saç baxımı alətlərinizin də düzgün təşkilatlanmış bir yerdə saxlanmasına haqqı vardır.
Saç qurutma fenləri,müxtəlif daraqlar,saç spreyləri və jöleləri və.s.çantalarda saxlaya bilərsiniz.
6.Zamanı keçmiş malzəmələri zibilə atın
Bəzən ən sevdiyiniz losyon və kremin istifadə müddəti keçmiş olur.Bunu onların qoxularının dəyişməsindən
də anlaya bilərsiniz.Bir çox kosmetik vasitələrdə "M" hərfi yanında o məhsulun istifadə müddəti yazılır.
Məsələn,24 yazılmışsa,24 ay deməkdir.
7.Qeydlər etməyi unutmayın
Kosmetik vasitələrdən istifadə etməyə başlarkən,onların altına tarixini qeyd edin,
beləcə nə qədər müddətdə istifadə etmiş olacağını bilmiş olacaqsınız.
8.Zamana qənaət
İşləyən qadınların səhərlər çox az zamanı olur.Bəzən 10 dəqiqə müddətində evdən çıxmaları lzaım gəlir.
Zamanı itirməmək üçün vanna otağnda şkaf raflarından birini işə gedərkən istifadə edəcəyiniz gündəlik kosmetik vasitələrə ayırın.
Bunun üçün rafa sığa bilən adi plastik sinidən də istifadə edə bilərsiniz.Sinini rafa qoyun,onun da içərisinə kosmetik vasitələri.