Qadin.NET / Uşaq otağı üçün nümunələr

Uşaq otağı üçün nümunələr

Əziz xanimlar, ana olmağa hazırlaşanlar! Bu xəbərim sizlər üçün faydalı olacaq. Çünki biz analar körpələrimizin gəlişinə böyük bir sevgi və sevinclə hazırlaşırıq, onlar üçün bəzi şeyləri elə əvvəldən hazır edirik. Elə bunun üçün də işinizə yarayacaq, körpələriniz üçün hazırladığınız otağa gözəllik qatacaq xəbər hazırladım. Buyurun, öz zövqünüzə uyğun olanını seçin..Ümid edirəm ki, bəyənərsiniz...
Balaca qız balanız üçün hazırladığınız otağa daha da gözəllik qatacaq pərdə modeli.
Bu pərdə isə yuxarıdaki modelin eynisidir, sadəcə oğlan uşaqları üçün nəzərdə tutulub.
Üzərində quzucuq və çiçəklər təsvir olunmuş pərdə.
Bu pərdə üzərində isə dənizdə üzən yelkənli qayıq təsvir edilib.
Üzərində maşınlar təsvir edilmiş pərdə balaca oğlunuzun otağına çox yaraşacaq.
Balaca qızınızın otağı üçündür, üzərində kəpənək və çiçəklər təsvir edilmiş pərdə çox gözəl görünür.
Çəhrayı rəngli və quş fiquru olan elektrik lampası.
Üzərində ay, çiçək təsvir olunmuş elektrik lampası çox gözəldir.
Balaca qızınızın otağını bəzəyəcək və çox yaraşacaq, lampanın üzərində quzu təsvir olunub.
Üzərində kəpənəklər olan elektrik lampası çöx zövqlüdür.
Çəhrayı rəngli və mələk fiquru olan lampa.
Çəhrayı xalça üzərində zolaqlı ürək forması gözəl görünür, elə deyilmi?
Bu xalça üzərində sanki bir qala təsvir edilib.
Ayı başı formasında olan xalça çox gözəldir.
Rəngarəng olan bu xalça çox zövqlü seçim olardı.
Quzu formalı xalça olduqca gözəl görünür.
Oğlan uşaqlarının otağında yelkən formalı xalça gözəldir.
Maşın formalı və rəngarəng olan xalça gözəl seçimdir.

Balaca qızlarınızın könlünü oxşayacaq bir xalça.

31 yanvar 2014
GO BACK