Qadin.NET / Qış dekorasiyası

Qış dekorasiyası

Şamların təsirindən faydalanın

Şamların dekorativ məqsədlə istifadəsindən başqa, eyni zamanda qoxu, rəng və formaları ilə pisxologiyamızın üzərində təsirləri olduğunu bilirdinizmi? Yataq və vanna otağınızda istifadə etdiyiniz şamlar romantik təsir yarada bilər. Xüsusi bitki yağlarından hazırlanan şamlar ruhunuzu istirahət etdirmək gücünə malikdirlər.

Qış dekorasiyası

Fərqli toxunuşda yastıq və xalçalar

Toxunduqda istilik və yumşaqlıq hiss etdirən parçalardan istifadə edin. Bunun sayəsində otaqlarınızda isti və rahat bir görünüş əldə edə bilərsiniz.

Qış dekorasiyası

Taxta ilə evlərə isti bir toxunuş yaradın

Taxtanın daxil olduğu bütün məkanlara qatdığı istilik danılmazdır. Siz niyə bu təsirdən faydalanmayasınız? Taxta aksesuarlar, kitabxanalar, rəflər və çərçivələr evinizə orijinal bir hava qatacaq.

Qış dekorasiyası

Çiçəklərin təsiri

Otaqlarınızda müəyyən yerlərə qoyduğunuz çiçəklərlə şən və dinamik bir görünüş əldə edə bilər, evlərinizi qışın gətirəcəyi sıxıntılardan uzaq tutaraq daim canlılığı təmin edə bilərsiniz.

Qış dekorasiyası

Rənglərin gücünü araşdırın

Yeni ilin gətirdiyi yenilənmə duyğusunu həyatınıza köçürmək istəsəniz, evinizlə uyğun olacaq şəkildə rənglərlə oynaya bilərsiniz. Çox böyük dəyişikliklər istəmirsinizsə, tək bir divarınızı qışda soyuqluğunu siləcək qırmızı, narıncı kimi isti tonlardan birinə boyamanız düşündüyünüzdən daha  böyük bir təsir yaradacaqdır.

Qış dekorasiyası

İşıqlı mətbəx

Qışın soyuqluğunu vaxtınızın çoxunu keçirdiyiniz mətbəxinizdən uzaq tutun. Sallanan çıraqlarla, əlavə olaraq istifadə edəcəyiniz divar naxışı ilə həm daha işıqlı, həm də daha qəşəng bir mühit yarada bilərsiniz.

Qış dekorasiyası

Evinizin tamamlayıcısı - pərdələr

Ev dekorasiyasının tamamlayıcılarından olan pərdələrin mövsümdən-mövsümə fərqli istifadəsi ola bilər. Ümumiyyətlə, yazda daha qısa və naxışsız pərdələrdən istifadə edərkən, qışda daha qalın və uzun pərdədən istifadə edilməsi məsləhətdir. Yeri gəlmişkən, qış qapıdaykən istifadə etdiyiniz naxışlı və qalın pərdələrlə evinizə hərəkət və stil qazandıra bilərsiniz.

Qış dekorasiyası

2014-cü ildə evlərə tünd rənglər hakim olacaq

2014-cü ildə açıq rənglərin yerini bənövşəyi, tünd qırmızı, qəhvəyi kimi tünd tonlara verdiyini bildirən mütəxəssislər bir-birindən fərqli vəsaitlər və parçalarla edilmiş kombinlərin istifadəsinin artacağına diqqət çəkir. Asimmetrik parçalar, aynalar, fərqli lampalar və metal aksesuarların yayılması ilə yanaşı, rahat kreslolar axşam və həftə sonu evində istirahət etmək istəyənlərə rahatlıq və zərifliyi bir yerdə təqdim edəcək.

Qış dekorasiyası
24 dekabr 2013
GO BACK