Qadin.NET / 2014-cü ilin ev dizaynları

2014-cü ilin ev dizaynları

Ev hər kəsin bəlkə də illərlə xəyalını qurduğu ən vacib arzudur. Xaricdən baxdıqda görkəmli bir ev sahibi olmaq və öz istəyinə uyğun şəkildə dizayn etmək hamının arzusudur. Yeni mövsümdə müasir ev modelləri üzərində xüsusi memarlar ilə işləyən ustalar sizlər üçün tam istədiyiniz kimi evlər hazırlayacaqlar. 


Sözsüz ki, müasir modellər çox qəşəng dizaynla hazırlanmışdır. Memarlar evinizin içi qədər, xarici dekorasiyasına da çox əhəmiyyət verirlər. Əslində çoxu ev alarkən ilk olaraq xarici dekorasiyaya fikir verirlər.
2014-cü ilin ev dizaynları

2014-cü ilin ev dizaynları
Kvadrat olmaqla yanaşı, tam şüşə detallı olması ev modelinin gözəlliyinə gözəllik qatmış olacaq. Belə bir ev modeli ilə 2014-cü ildə seçim ediləcək müasir bir ev modelidir.
2014-cü ilin ev dizaynları

2014-cü ilin ev dizaynları
Xarici dekorasiyanın görkəmli olması hər zaman diqqət çəkir. Vəziyyət bu şəkildədirsə, arzuladığınız evin neçə mərtəbəli və hansı tərzdə olacağına qərar verməlisiniz. Bəzən taxta, bəzən də daş evlər uğurlu seçiminiz ola bilər. 2014-cü il mövsümündə ev  modellərində 1,5 mərtəbəli modellər diqqəti çəkənlər arasındadır.

2014-cü ilin ev dizaynları
Geniş ailələr üçün tam rahatlığı ilə yanaşı, xarici dizaynı ilə də seçilən çox gözəl bir modeli seçmək imkanınız olacaq. Kvadrat ev hər zamankı kimi istədikləriniz arasında olan ev modelidir.
2014-cü ilin ev dizaynları
Qeyri-adi ev modellərindən çarpaz hazırlanan ev modelləri çox fərqli və qeyri-adiliyi ilə aktuallığını qoruyur. Əgər böyük bir ailəyə sahibsinizsə, böyük bir ev sizlərə uyğun olacaq.
2014-cü ilin ev dizaynları

2014-cü ilin ev dizaynları

2014-cü ilin ev dizaynları
Daş evlərin fərqli bir havası vardır və  isti bölgələr üçün daha çox uyğundur. Daş evlər arasında seçim edərkən istəsəniz birmərtəbəli, istəsəniz də ikimərtəbəli olan modellərə üstünlük verə bilərsiniz.
1 yanvar 2014
GO BACK