Əksər xanımlar, əsasən də evdar xanımlar gününün çox hissəsini mətbəxdə keçirir. Və bundan da zövq alırlar. Hamımız mətbəx əşyalarımızın gözəl və rəngarəng olmağını sevirik. Əziz xanımlar, bu xəbərimdə də bir-birindən gözəl, zövqlü rəngarəng qablar hazırlamışam. Buyurun, ürəyinizcə olanını seçin. Ümid edirəm bəyənərsiniz.

İştahsız yemək yeyən uşaqlar üçün gözəl bir dəstdir. Hələ yumurta qabının şirinliyinə baxın.

İstiyə davamlı üç ölçüdə gözəl soba qabları. Bu qablarla da dadlı yeməklərinizi masaya təqdim edə bilərsiz.

Svarovski qaşlı çay qaşıqları. Bir fincan qəhvə üçün evə dəvət etdiyiniz qonaqlarınızı gözəl çay qaşıqlarınızla heyran edə bilərsiz.

Mətbəxiniz üçün faydalı olacaq içi güllü səbətlər. Bir hissəsinə qara çörək və ya bulkalar, digər hissəsinə ağ çörək qoya bilərsiz. Piknik üçün əvəz edilməzdir.

İstiyə davamlı rəngarəng qapaqlı qazanlar. Qapaqlarını açarkən dadlı yemək qoxusunun necə qalxdığını təsəvvür edin.

Üzəri dalğa şəkilli istiyə davamlı qazan dəsti. Şorbalarınızı bu qablara töküb masaya təqdim edə bilərsiniz.

Alma formalı ədviyyat qabları. Günlük istifadə üçün də rahatdır.

Rəngarəng saxlama qabları. Bu qab vasitəsi ilə soyducuda yeməklərinizi saxlaya bilərsiniz. Eyni zamanda işə dağılmayan bir qabda nahar yeməklərinizi daşımaq üçün işlədə bilərsiniz.

Gözəl formalı ədviyyat qabı dəsti. Zəfərandan tutmuş istiota qədər ən lazımlı və gündəlik istifadə etdiyiniz ədviyyatları saxlaya bilərsiz.

Çay saatlarınızı zövqlü edəcək üzəri çiçəkli bir dəst. Çox sadə və eyni zamanda incə rəsm əsəri ilə bəzənmişdir.

Kartof və soğan üçün gözəl bir səbət. Gördüyünüz səbətin iç hissələrini yumaq mümkündür.

Süfrələrinizi bəzəyəcək qapaqlı servis qabı. Salatlarınızı bu qablarda təqdim edə bilərsiz.

Gül-çiçəkli yağ, sirkə, duz, istiot qabı dəsti. Mətbəxdə ən rahat güşədə saxlaya bilərsiz.

Çiçəkli şirniyyat qabı. Bu qab üzərində dadlı tort kəsərək masaya təqdim etdiyinizi təsəvvür edin.

Daha bir gözəl yağ, sirkə, duz, istiot qabı dəsti. Bəyaq təqdim etdiyimiz çay dəsti ilə eyni dizayndadır.

İşinizi asanlaşdiracaq bərabər ölçüdə mantı kəsən. Bununla suşilərinizi də eyni ölçüdə kəsə bilərsiz.