Qadin.NET / Rəngarəng qablar

Rəngarəng qablar

Biz xanımlar hər zaman mətbəximizi fərqli əşyalarla, qab-qacaqla bəzəyirik. Tez-tez dəyişən qab modellərini almağa çalışırıq. Əziz Qadın.net xanımları və cehiz hazırlayan gənc qızlar! Mən bu dəfə sizin üçün bir-birindən gözəl, rəngarəng, mətbəxinizi bəzəyəcək qablar seçib hazırlamışam. İnşAllah bəyənərsiniz...
Ağ rəngli gözəl duz qabı əla seçimdir.
Üzərində kəpənək forması olan fincan gözəl görünür.
Qəhvə içməyi sevirsiniz? Üzərində qaşı olan qızılı rəngli qəhvə üyüdən sizin üçün gözəl hədiyyə olacaq.
Daha yağlı qaşıqlarınız ora-bura düşüb sizi əsəbləşdirməyəcək - "Eyfel" qüllə naxışlı qaşıq qabı köməyinizə çatacaq.
Qırmızı rəngli fırça, maşa dəsti mətbəxdə köməkçiniz olacaq.
Zolaqlı və güllü çörək qabı da gözəldir.
Üzəri qaşlı maye sabun üçün olan qabı bəyəndinizmi?
Yemək istəməyən uşaqlarınız bu dəst sayəsində həvəsə gələcək.
Qırmızı rəngli alma səbəti gözəl görünür.
Fiqurlu yumurta şəkilləndirici ilə yumurtaları fərqli görünüşdə süfrəyə təqdim etmək olar.
Qırmızı rəngli mətbəx maşası qızartmalarda köməyiniz olacaq.
Oval şəkilli, çiçəkli soba qabı çox gözəldir.
Kvadrat formali gözəl başqa bir soba qabı...
İnək fiqurlu duz-istiot qabı süfrəyə yaraşıq verəcək.
Ağ rəngli, gümüş qulplu gözəl servis boşqabı da gözəldir.
Rəngarəng yumurta qabları.
Nar formalı duz-istiot və diş çöpu qabı dəsti çox gözəl görünür.
Uşaqlar üçün pandalı qaşıq-çəngəl dəsti balacalar üçün gözəl hədiyyə ola bilər.
Duz-istiot qabı dəsti. Fərqlidir, deyilmi?
Rəngli zeytun qabları ideal seçimdir.
Bir-birindən gözəl dondurma qabları yayda işinizə yarayacaq.
Qırmızı-qara rəngli yağ, sirkə, duz, istiot qabı süfrənizə yaraşıq verəcək.
12 dekabr 2013
GO BACK