Bizim zamanımızda belə yataqlar yox idi, qoyurdular beşiyə, uşaq yatana qədər yelləyirdilər. Artıq balalarımızı yatmağa məcbur etmək geridə qaldı. Bu yataqları görən uşaq özü yatmağa qaçacaq. Şirin oğul balalarımız maşınları çox sevirlər. Nə qədər maşın alınsa da doymaq bilmirlər. Bəlkə də biz valideynlər uşaqlarımıza bu cur yataq seçib körpələrimizin bir az da olsa maşın istəklərini azalda bilərik. Maşın istəyən kimi deyərik "Otağında maşının var, bəsdir". Mən oğlan uşağı olsaydım, yalvarsalar da belə otağımdan çıxmazdım. İndi isə seçimimizi edək.
Çox gözəl, geniş bir yataq otağı dəstidir.
İşıq qurğulu gözəl bir yataq otağı dəstini bütün oğlan uşaqları sevəcək.
Açıq rəngli yataq da uşaqların seçimi ola bilər.
Sadə, gözəl və işıqlı yataq otağında uşağınız rahat oynaya biləcək.
Gecə lampalı, super rahat yataqda uşağınız rahat yatacaq.
Parlaqlığı ilə diqqəti özünə çəkən yataq.
Bu yatağın kənarları bağlıdır, körpələrimizi yıxılmaqdan qoruyur.
Bunu necə bəyənməmək olar? Görünüşü və komfortu əladır.
Çox gözəl və daha rahat bir yatağı oğlunuz bəyənəcək.