İllər keçdikcə moda hər bir şeydə öz sözünü deyir. İstər geyim, istər aksesuar, istərsə də evimizin görünüşündə... Biz xanımlar da hər zaman göz oxşayan dəblə ayaqlaşmağa çalışırıq. Müasirləşən zamandan geri qalmaq istəmirik. Elə bu səbəbdən sizin üçün bir-birindən gözəl hamam otaqları seçib təqdim etmişəm. Buyurun, öz zövqünüzə uyğun olanını seçin.
Zebra kimi xətləri olan hamam otağı zövqlə bəzədilmişdir.
Evində hər an bahar təravətini hiss etmək istəyən xanımlar üçün yaşıl hamam otağı əla seçimdir.
Şəlalə formalı duş hər xanımın zövqüncədir.
Romantik xanimlar üçün çox gözəldir.
Modern üsluba üstünlük verən xanımlar üçün çox əla seçim ola bilər.
Ağ rənglə qırmızının uyğunluğu hər yerdə gözəl görünüş yaradır.
Bənövşəyi rəngin yaratdığı gözəllik... Divardaki gül çox zövqlə yaradılmışdır.
İkili hamam vannası olan bu otaq da gözəl görünür.
Ağ rəngin narıncıyla birləşməsindən yaranmış hamam otağı gözəl seçimdir.
İdman üslubunu sevən xanımlar üçün maviylə ağın qarışığı olan hamam otağı çox qəşəngdir.
Romantik xanımlar üçün daha gözəl bir seçim...
Sonda hər birinizə arzuladığınız dizaynda, istədiyiniz evdə, sevdiyiniz insanla xoşbəxt olmağı diləyirəm.