Qadin.NET / Fərqli görünüşlü şamlar

Fərqli görünüşlü şamlar

Bu gün sizə fərqli görünüşlü şamları təqdim edəcəyəm. Şam deyildiyi zaman hər kəsin ağlına romantika gələ bilər. Amma mən şamların hər zaman həyatımızda olmağının tərəfdarıyam. Düşünün ki, evdə tək özünüzsüz, gözəl ətirli şamlardan yandırıb, işıqları da söndürüb şamın otağa əks etdirdiyi - insanı sakitləşdirdiyi işıqda istirahət edirsiniz. Bu gun sizə görünüşcə fərqli və ev dekorasiyanızda rahatlıqla istifadə edə biləcəyiniz şamlar təqdim edəcəyəm. 

İnsan fantaziyası nələrə qadir deyil?

 Bunlar da yumurtanın içində düzəldilmiş şamlardır.

Qayıqlı şamlar çox gözəldir. Rəngləri də insana xoş gəlir.

Bu şamların kənarları qəhvə dənəcikləri ilə bəzədilmişdir.

Kaktus formasında olan şamların maraqlı görünüşü var.

Bunlar daş formasında olan şamlardır.

Həqiqi qarğıdalıdan heç seçilmir.

Romantik axşam yeməyi üçün gözəl seçimdir.

 Bu şamlardan evinizdə varsa, uşaqlarınızdan mütləq uzaq saxlayın.

Bunlar da qeyri-adi görünüşə malikdir.

Evinizdə özünüz bu formada şam hazırlaya bilərsiniz.

12. Pullu şam - kim istəməz ki?! biggrin

Bunları düzəldən insanlara "Əhsən" demək lazımdır.

Tortun üzərinə düzmək olar, eləmi?

Gülməlidir, şam özü-özünü yandırır.

Siz necə düşünürsünüz, bu formada olan şam yanarmı?

13 dekabr 2013
GO BACK