Artıq körpəlik dövründən mələklərimizin köhnə yataqları onlara balaca və narahat görünməyə başlayır. Yeni bir otaq hazırlamağa mütləq ehtiyac duyulur.
Hansı otağı dekorasiya etsək, əvvəlcə otaqda rahatlığa fikir vermək lazımdır. Dekorasiya edilən yataq otağının çox rahat olması böyük əhəmiyyətə malikdir.
Bundan başqa, uşaqlıq dövrü həyatımızın oyun dövrüdür. Bu səbəbdən uşaqlarımız otaqlarında oyuna olan tələbatlarını etibarlı şəkildə ödəyə bilərlər. Oyun oynayarkən özlərinə zərər verə biləcək əşyalar uşaq otaqlarında olmamalıdır.
Uşaqlıq dövrü həm də məktəb dövrü olduğu üçün otaqlarında dərslərini hazırlamaq üçün rahat şərait mütləqdir.
Artıq böyüyən və zövqləri "yerbəyer" olan, bir sözlə, fərd olan uşaqlarımız onlar üçün bəzədilmiş özəl bir otağa layiqdirlər.
Tam şahzadələrə layiq bir otaqdır. Bu otaq həm yataq, həm istirahət otağı kimi nəzərdə tutularaq dizayn edilib və yatağa uyğun aksesuarlar dekorasiyanı tamamlayıb. Çox sadə, lakin çox qəşəng bir otaq alınıb.
Gördüyünüz bu otaq rəng seçimi baxımından da gözəldir. İstər istirahət, istərsə də əyləncə otağı ola bilər. Rəng çaları yazı və yay fəslini xatırladır. Bu otaq məhz oğlan uşaqları üçün nəzərdə tutulub.
Beş yaşdan etibarən qızlarımız da fərqli zövqə və arzulara sahib olurlar. Əgər hər iki qız övladınızın zövqu üst-üstə düşürsə, bu otaq onlar üçün ideal seçim ola bilər. Yataq dəstinin quruluşuna diqqət edin. Dairəvi formaya malik olub, xarici görünüşcə şahzadələrin yatağını xatırladır.
Bu otaq isə yaradıcılıqla məşğul olmağı sevən uşaqlarınız üçündür. Rəsm əsərlərinə xüsusi marağı varsa, bu otaq məhz sizin övladınız üçün dizayn edilmişdir.
Gəmilərə xüsusi rəğbət bəsləyən övladlarınız üçün bu yataqlar da gözəldir. Dörd uşaq üçün nəzərdə tutulsa da otaqda çox az sahəni tutur.