Kənardan evimizə baxdıqda evimizin gözəl olub-olmadığını göstərən aksesualardan biri də çilçıraqlardır. Onlar evimizə rəng qatır və işıqlandırır. Evimizə çilçıraq seçərkən evin dekorasiyasına və tavanın hündür və ya alçaq olub-olmamağına diqqət etməliyik. Bir çoxlarımız böyük və göstərişli, bir çoxlarımız isə sadə və klassik modellərə üstünlük veririk. Əziz xanımlar, bu xəbərimdə sizə bir-birindən gözəl və göstərişli çilçıraqlar təqdim edirəm. Buyurun baxın.
Bu çilçırağı siz masanın üstündən asa bilərsiniz.
Bu çilçırağın üstünə əlavə işıqlar quraşdırılıb.
Bu çilçıraq isə göstərişi sevən xanımlarımız üçündür.
Çəhrayı rəngli çilçırağın üzərindəki lampalar şama bənzəyir.
Klassik tərzi sevənlər üçündür.

Bu yaşıl rəngli çilçıraq sadə və bir o qədər də gözəldir.
Narıncı rəngdə olan çilçıraq da çox gözəldir.
Bu çilçırağı siz mətbəxdə istifadə edə bilərsiniz. Buynuzvari işıqları göstərişli görünür.
Bu isə həmin modelin çəhrayı rəngidir.
Top formasında olan çilçıraq mətbəx üçündür. Üzərində olanlar portağal dilimlərinə bənzəyir.
Bu çilçıraq sadədir və yataq otağında istifadə edə bilərsiniz.
Bu çilçıraq sadə və kiçikdir. İşıqlandırması zəif olduğu üçün kiçik otaqlarda istifadə olunmalıdır.
Klassik tərzdə olan çilçıraqdan yataq otağında istifadə oluna bilər.
Bu çilçıraq çox göstərişlidir və farfordan hazırlanıb.
Bu isə uşaq otağı və gənclər üçün nəzərdə tutulub.
Bu çilçıraq da çox göstərişlidir və evinizi cəlbedici göstərəcək.
Bu çilçıraq isə geniş salonlar üçün nəzərdə tutulub və qızılı rəngdən istifadə edilib.