Qadin.NET / Romantik yemək otaqları

Romantik yemək otaqları

Romantik ab- havada olan evləri kim sevməz ki. Məncə hamı romantik ev dizaynlı evlərə sahib olmaq istəyər. Evinizdə, ümumiyyətlə otaqlarınıza romantik təsurat yaratmaq üçün sizə bəzi fikirlər təqdim edirəm.

Romantik yemək otaqları

Yemək otağınıza romantik bir hava qatmaq üçün fərqli fikirlərə ehtiyacınız varsa bu yazı tam sizə görədir. Yemək otağınızın divarına böyük bir boy aynası asın. Otağınıza həm bir dərinlik, məna qatmış olarsınız. Eyni zamanda aynadan əks olunan otağınız geniş və romantik bir görünüş bəxş edər.

Romantik yemək otaqları

Mebellərinizdə ağ rəngi seçim etmək daha romantik bir atmosfer yaratmanızda sizə kömək edə bilər. Ag mebel eyni zamanda otağı geniş və işıqlı göstərməyə kömək edir.

Romantik yemək otaqları

Əgər mebelləriniz tünd rənglərdədirsə döşəmələrinizi, masa örtünüzü ağ və açıq rəngləri seçərək otaqlarınızda yenə romantik ab-hava yarada bilərsiniz.

Romantik yemək otaqları

Rəng istifadəsində canlı rəngləri seçim edə bilərsiniz. Xüsusilə bir divarınızı naxışlı və rəngli bir divar kağızı ilə örtmək xoş görünüş bəxş edə bilər.

Romantik yemək otaqları

Köhnə, antikvar tərz mebellərinizi müasir parçalarla birləşdirərək yemək otağınızda qəşəng bir görünüş yarada bilərsiniz.

Romantik yemək otaqları

Çiçəklər qözəl ev dekorasiyasının imtina edilməzlərindəndir. Masanızın üzərində də çiçəkləri istifadə edərək yemək otağınıza romantik ab-hava qata bilərsiz.

Romantik yemək otaqları

Bənövşəyi eşqin rəngidir. Yaşıl, bənövşəyi rəngi ən gözəl tamamlayan rənglərdən biridir. Köhnə mebellərinizi bu rənglərlə uyğunlaşdırıb yeni bir görünüş qazandıra bilərsiniz.

Romantik yemək otaqları

Təbii ki şöminəli romantizm deyincə ilk ağla gələn otağin bir küncü olur. Ancaq gerçək bir şöminəniz olmasa da bəzək kimi satılan şöminəli görünüşündə, yapma naxışlı tavan vəsaitlərlə yemək otağınıza bu ab-havanı qazandıra bilərsiniz.

Romantik yemək otaqları

Kiçik bir xidmət masası istifadə edərək yemək otağınıza romantik bir künc yarada bilərsiniz.

2 dekabr 2013
GO BACK