Qadin.NET / Ev dekorasiyası haqda fikirlər

Ev dekorasiyası haqda fikirlər

Ev dekorasiyası haqda fikirlər

Yemək otağı evimizin əhəmiyyətli hissələrindən biridir. Bəzi evlərdə ayrı bir yemək otağı olmasa da yemək sahəsi üçün ayrı bir künc hazırlaya bilərsiniz. Yemək sahəsinin sərhədlərini müəyyən etmək üçün fərqli divar rəngi, yer döşəməsi və ya xalçadan istifadə edə bilərsiniz.

Ev dekorasiyası haqda fikirlər

Fərqli bir divar kağızı ilə yemək sahəsini qonaq otağınızdan ayıra bilərsiniz. Qonaq otağının quruluşuna görə yemək masanızı seçməklə yemək otağınızın sərhədlərini təyin edə bilərsiniz. Qonaq otağının quruluşuna görə dörbucaq, düzbucaqlı və ya yumru masa seçə bilərsiniz.

Ev dekorasiyası haqda fikirlər

Xüsusilə kiçik otaqlarda kürsü və stul seçimi də əhəmiyyətlidir. Masanın bir kənarında kürsü seçimi edərkən, digər tərəfində sıra boyunca stul seçərək yemək otağınızın daha gözəl görünməsini təmin edə bilərsiniz. 

Ev dekorasiyası haqda fikirlər

Mebellərinizlə  döşəmənizin də rəngi bir-birini tamamlamalıdır.

Ev dekorasiyası haqda fikirlər

Eviniz sizin sığınacağınız və istirahət etdiyiniz yer olduğunu unutmayın. Eviniz kiçik də olsa, nazıyla oynayacağınız maraqlı güşələr hazırlaya bilərsiz.

Ev dekorasiyası haqda fikirlər

Evinizdə kiçik bütlərlə maraqllı dekorasyalar hazırlamaqla otağınızın görünüşünü dəyişdirə bilərsiniz. Məsələn: şəffaf qabların içərisinə dekorasyanıza uyğun rənglərdə çiçəklər doldura bilərsiniz. Bu gözəl qabı mətbəxinizdə  və ya qonaq otağınızda qoya bilərsiz.

Ev dekorasiyası haqda fikirlər

Kitablar ən qiymətli əşyalarımız, evimizdəki xəzinəmizdir. Bəzi evlərdə nə edəcəyinizi bilmədiyiniz boş yerlər ola bilər ki, o hissəni də kitabxana və oxu sahəsi olaraq istifadə edə bilərsiz. 

Ev dekorasiyası haqda fikirlər

Kitablarınızı evinizin dekorasiyasında da istifadə edə bilərsiniz. Sevdiyiniz kitablardan özünüzə bir yataq başlığı hazırlaya bilərsiniz.

Ev dekorasiyası haqda fikirlər

Bəzi kitablar sizin üçün daha qiymətli ola bilər. Maddi və mənəvi dəyərləri sizin üçün daha yüksək ola bilər. Bu cür kitabları qonaq otağınızın vitrinlərində digər qiymətli əşyalarınızla birlikdə istifadə edə bilərsiniz. Oxumaq qədər onları seyr etməkdən də zövq ala bilərsiniz. 

Ev dekorasiyası haqda fikirlər

Daim əlinizin altında olmasını istədiyiniz, hərdən bir vərəqləməkdən zövq aldığınız kitabları süstolunuzda da istifadə edə bilərsiz. İstədiyiniz zaman asanlıqla götürüb oxuya bilərsiniz.

Ev dekorasiyası haqda fikirlər

Qonaq otağınızda, yataq otağınızda, giriş ya da dəhlizdə dolabça ilə çox  gözəl dekorasyalar hazırlaya bilərsiniz. Dolabçanıza aksesuarları yerləşdirərkən seçdiyiniz künc əhəmiyyətlidir. A və V bucaqlı divarlar gözə hər zaman xoş görünəcək.

Ev dekorasiyası haqda fikirlər

Fotoşəkillərinizi sərgiləmək üçün dolabça əvəz edilməz seçimdir. Antikvar bir dolabça üzərində xatirələrinizi sərgiləmək çox xoş görünəcək. Şamdan və çiçəklərlə fotoşəkillərinizi  dekorasiyanıza uyğunlaşdıra bilərsiniz.

Ev dekorasiyası haqda fikirlər

Dolabçanızı kreslolarla da tamamlaya bilərsiniz. Evinizə gözəllik qatacaq dolabçalardan siz də yararlana bilərsiniz.

Ev dekorasiyası haqda fikirlər

İşıqlandırma yemək sahəsi üçün əhəmiyyətlidir. Nə çox işıqlı, nə də çox zəif olmalıdır. İşıqlandırmanın mərkəzinin masayla uyğun olması lazımdır.

16 dekabr 2013
GO BACK