Qadin.NET / Kitab rəfləri

Kitab rəfləri

Mən uşaq yaşlarımdan eşidirəm ki, kitab oxumaq hər zaman vacibdir. Kitab oxuyan şəxs hər zaman hər kəsdən öndə olur. Çünki həmin insan kitalardan hər şeyi öyrənir. Mən məktəbdə oxuduğum zaman həmişə mənim müəllimim bizə deyərdi ki, hər kəsin evində şəxsi kitabxanası olmalıdır. "Hər gün, az da olsa kitaba vaxt ayırmalısınız", deyərdi. Mənim də bu günlərdə müəllimimin sözü yadıma düşdü və fikirləşdim ki, bu haqda xəbər hazırayım. Düzdür, mən bu gün kitablardan danışmayacam, amma sizə evinizdə öz şəxsi kitabxananızı yaratmağınız üçün kitab şkafları təqdim edəcəm. Bəyənəcəyinizə əminəm.

İlk şəkildə gördüyünüz kitab rəfləri bir-birinə birləşik olmasa da, kənardan baxanda gözəl görünüşə sahibdir.

Kitablarınızın açıq halda görünməsini istəmirsinizsə, belə formada şkaflar seçə bilərsiniz.

Qeyri-adi dizayna malikdir.

Bu kitab rəfi isə, məncə, ağacdan asılmış arı pətəyinə bənzəyir.

Sadə və içərisinə çox kitab yığa biləcəyiniz formadadır.

"Pilləkənin altını necə istifadə edim" deyənlər üçün.

Həm içərisinə kitab, həm də üzərinə bəzi aksessuarlarınızı qoya biləcəyiniz şkafdır.

Rəngarəng şkafdır.

Bunun əvəzinə öz adınızı yazdıra bilərsiniz.

Ya da baş hərflərinizigood

Ağac formalı kitab rəfi.

Bu isə, məncə çox əlverişlidir. Çünki kitablar sizə çox yaxındır. Tənbəllər üçün sərfəlidirmocking

"Mənim kitablarım çoxdur, hara yığacağımı bilmirəm", deyənlər üçün.

Bu kitab rəfini evinizə yerləşdirdiyiniz zaman, gərək, şəkildə olduğu kimi nərdivan da alasınız.

5 oktyabr 2013
GO BACK