Qadin.NET / Əyləncəli uşaq otaqları

Əyləncəli uşaq otaqları

Valideyinlər övladlarını hər şeydən çox düşünürlər. Hətta körpə doğulmamış körpənin otağının necə olacağı, ona nə alacaqları haqqında düşünürlər. İstəyirlər ki, uşaqlarının otaqları daha gözəl və cəlbedici olsun. Bu xəbərimdə sizlərə uşaqlar üçün əyləncəli olan və bir birindən maraqlı uşaq otaqları paylaşacam..

Əyləncəli uşaq otaqları

Uşaqların rəngli dünyasına onların otaqlarını da əlavə edə bilərik. Uşaqlarınıza zövqlə oyunlar oynaya biləcəyi, dərslərini çalışacaqları və şirin-şirin yatacaqları otaqlar hazırlayın. Bu şəkildə olduğu kimi ağac kötüyündən bir yataq və onu tamamlayan aksesuarlar bir uşaq otağı üçün yaxşı bir seçim ola bilər.

Əyləncəli uşaq otaqları

Bu kiçik mağaralar macərapərəst uşaqlar üçün maraqlı olacaq. Yatağına dırmanaraq çıxmaq bir uşaq üçün çox əyləncəli olacaq.

Əyləncəli uşaq otaqları

Bu sürüşkənli yataq çox şirin görünür. Pilləkən formalı şkaflar da qeyri- adi görünür.

Əyləncəli uşaq otaqları

Nərdivanlı bu çarpayı istifadə üçün çox rahatdır. Aşağı hissəsi isə dərs üçün ayrılıb. Eyni zamanda oynamaq üçün də yer var.

Əyləncəli uşaq otaqları

Uşaq otağının olmazsa olmazı oyuncaqlardır. Oyuncaqlar üçün bol yer ayırın. Oyuncaqları yığmaq üçün rəngli səbətlərdən, qutulardan və vedrədən istifadə edə bilərsiniz.

Əyləncəli uşaq otaqları

Uşaqların hazırlayacağı günəş, ay, bulud öz otaqlarına gözəllik qata bilər. Və təbii ki bunları divardan asmağı unutmayın.

Əyləncəli uşaq otaqları
Xəritə ilə əhatə olunmuş bir divar uşağınızın xəyal dünyasına da təsir edəcək. Uşağınızın əyləncəli dünyasında kitablara mütləq yer ayırın və otağına gözəl bir kitab rəfi yerləşdirin.
Əyləncəli uşaq otaqları
Çadır uşaqların ən maraqlı oyun əşyasıdır.
Əyləncəli uşaq otaqları
18 avqust 2013
GO BACK