Pərdənin rəngini ağ, yaxud boz tonlarında seçsəniz necə olar? Ancaq bu zaman bəzi məqamlara diqqət yetirməlisiniz. Ağ rəng işığı daha çox çəkdiyi üçün otağa daha çox aydınlıq gətirir və evinizdəki digər rənglərlə daha kəskin bir kontrast əmələ gəlir. Ağ rəngli pərdə diqqəti pəncərələrə yönəldir. Boz rəng isə otağa daha çox istilik və yumşaqlıq gətirir. Bu rəng otaqdakı digər rənglərlə daha çox uyğunlaşır və gözəl görünür.
Parçanın hansı materialdan olduğunu seçməklə otağa düşən işığa nəzarət edə bilərsiniz
Nazik parçadan və ya tüldən olan pərdələr işığı kəsmədən işığın otağa girməsinə mane olmur. Pambıq parçadan olan pərdələr işığın qarşısını nisbətən alacaq. Qalın və naxışlı pərdələr, günəşliklər isə işığın qarşısını tamamilə alır. Günəş işığının evinizə nə qədər girməsini istəyirsinizsə, pərdənizi də həmin materiala uyğun seçməlisiniz.
Pəncərənizə uyğun pərdə rəngini seçin
Çox rəngarəng, yaxud tək rəngli bir pərdə - hansını istəsəniz seçə bilərsiniz. Rəngli pərdələr diqqəti pəncərəyə yönəldəcək. Sadə və təbii rənglər isə divar boyası və mebellərinizdəki rəngləri tamamlayacaq. Əgər pəncərələriniz qeyri-adi görünüşdədirsə, bu qeyri-adiliyi daha da vurğulaya bilərsiniz. Bu zaman diqqəti daha çox pəncərələrə yönəltmək istəsəniz, daha sadə və az rəngli pərdələrdən istifadə etməlisinz.
Pərdəni asarkən nələrə diqqət etməlisiniz?
Evinizin tavanı hündürdürsə və otağınız işıqlıdırsa, o zaman pərdəni pəncərənin düz yuxarısından asa bilərsiniz. Böyük və yüksək tavanlı evlərə bu daha çox yaraşacaq. Ancaq kiçik və alçaq tavanlı evlərdə tavanı daha hündür göstərmək üçün pərdəni tavandan asmalısınz. Bu şəkildə evə daha geniş bir hava qatacaqsınız. Eyni zamanda pərdələrinizi bağlı tutmayın, əgər pərdələri pəncərənin iki yanında açıq tutsanız, evinizdə daha xoş bir aura yaradacaqsınız.