Qadin.NET / Günəş evinizdən doğsun

Günəş evinizdən doğsun

Günəş evinizdən doğsun

Evinizin işıqlı olmasını istəyirsiniz? Günəşin rəngini evinizin dekorasiyasında istifadə edərək buna nail ola bilərsiniz. Rəngli vazalar və sarı çiçəklərlə evinizdə xoş bir işıltı yarada bilərsiniz.

Günəş evinizdən doğsun

Sarı rəngi kreslolarda, divardakı tablolarda istifadə edərək sanki günəşin rəngini evinizə gətirə bilərsiniz. Kiçik aksessuarlardan da yan keçməyin.

Günəş evinizdən doğsun

Evinizdə günəş rəngindən əlavə həm də qeyri-adi görünüş yaratmaq fikriniz varsa, o zaman sarı kənarlı pərdələr, sarı yastıqlarla insanın içini isidən bir salon yarada bilərsiniz.

Günəş evinizdən doğsun

Sarı rəngi bəlkə də çox xanımlarımız bəyənməyəcək, amma inanın ki, sarı rəngi doğru yerdə, doğru zamanda istifadə etsəniz, evinizdə günəş doğacağını, yəni evinizin otağınızın tamamilə dəyişdiyini özünüz də hiss edəcəksiniz.

Günəş evinizdən doğsun

Sarı və göz qamaşdıran bir şkaf evinizə başqa bir gözəllik yaradacaq. Bu şkafın üzərinə kiçik aksessuarlar qoysanız daha da xoş görünəcək.

Günəş evinizdən doğsun

Sarı rəngi ən gözəl tamamlayan rənglər ağ və qəhvəyi rəngin çalarlarıdır. Burda da rənglər çox gözəl uyğunlaşdırılıb və gözəl bir dekorasiya yaradılıb.

Günəş evinizdən doğsun

Tünd və açıq mavi rənglər də sarı rəngə uyğun gələn rənglərdəndir. Göy rəngli divar boyasının qarşısındakı sarı rəngli divan və divanın üzərindəki göy rəngli yastıqlar çox şıq görünür. Xüsusilə də yastıqların üzərindəki naxışlar daha gözəldir.

Günəş evinizdən doğsun

Yataq otağında sarı rəng necədir? Günə rəngli başlamaq üçün çox yaxşı ola bilər.

Günəş evinizdən doğsun

Vanna otağınızda da sarı rəngə üstünlük verərək günəşı buara da gətirə bilərsiniz. Divar boyasında və aksesuarlarda sarı rəngdən istifadə edə bilərsiniz.

Günəş evinizdən doğsun

Ana olmağa haazırlaşırsınız? Qız, yoxsa oğlandır, hələ bilmirsiniz? O zaman sarı rəngli uşaq otağı daha münasib ola bilər.

6 dekabr 2013
GO BACK