Qadin.NET / Hamam üçün dekorasiya

Hamam üçün dekorasiya

Vanna otağı evimizin ən çox istifadə olunan və ən önəmli hissəsidir. Hər bir kəs vanna otağını öz zövqünə uyğun dizayn edir. Amma buna baxmayaraq istəyirik ki, evimizin digər hissələri kimi vanna otağı da zövqlü görünsün.

Vanna otağınızı dizayn edərkən tünd rənglərdən qaçın. Hamamınızın arxa planı nə qədər yüngül və pastel tonlarında olsa daha gözəl görünəcək. Tünd rənglərinizi, ümumiyyətlə digər rəng seçimlərinizi dəsmallara və digər aksessuarlara saxlayın.

Düzgün işıqlanma seçimi ilə vanna otağını daha geniş göstərə bilərsiniz. Ayna üzərindəki işıqlar həm dekorativ görünəcək, həm də işıqlanmanı daha şəffaf edəcək. Amma bununla kifayətlənməyərək tavandan asılmış işıqlanmanı da unutmayın. Təbii ki onun yeri bir başqadır.

Hamam üçün dekorasiya

Su kranının üzərində güzgü mütləqdir, bunsuz olmaz. Bu güzgünün böyük seçilməsi vanna otağınıza daha bir işıqlı görüntü gətirəcəkdir. Əgər vanna otağınızın sahəsi kiçikdirsə, o zaman orta ölçülü güzgüdən istifadə edə bilərsiniz.

Hamam üçün dekorasiya

Digər diqqət çəkən hissə isə yer döşəməsidir. Yer döşəməsində də açıq rənglərdən istifadə etsəniz, daha yaxşı olar. Amma parlaq rənglərdən qaçın.

Hamam üçün dekorasiya

Vanna otağına aksessuar seçərkən böyük aksessuarlar seçin ki, daha diqqəti cəlb edən olsun.

Hamam üçün dekorasiya

Buyurun, sonda bir neçə vanna otağı nümunələrinə baxın.

Burada qırmızı rəngdən və aksessuarlardan düzgün istifadə olunmuşdur.

Hamam üçün dekorasiya

Ağ rəng həmişə qüsursuz görünür. Burada qara rəngdən düzgün və yerində istifadə olunmuşdur. Tamamilə fərqli üslubda dizayn olunmuşdur...

Hamam üçün dekorasiya
16 sentyabr 2013
GO BACK