Qadin.NET / Qonaq otağı dizaynı

Qonaq otağı dizaynı

Qonaq otağında rəng nizamı çox əhəmiyyətlidir. Çox rəngli bir mühit narahatlığa və yorğunluğa səbəb ola bilər. Bunun üçün mebellərdən tutmuş divar kağızı, boya və aksesuarlar bir-birinə uyğun şəkildə nizamlanmalıdır. Hər biri bir-birini tamamlamalı və uyğun olmalıdır.
Xanımlar çox çalışırlar ki, qonaq otaqları həm gözəl görünüşlü, həm də təmiz olsun. Buna görə də qonaq otağının dizaynına xüsusi fikir vermək vacibdir. Diqqət etmək lazımdır ki, rənglər və aksesuarlar bir-birilə uyuşsun. Bu xəbərimdə qonaq otağının müasir olmasını istəyən xanımlara bir neçə dəbli qonaq otağı modellərini təqdim edirəm.

Qonaq otağı dizaynı

                      Qonaq otağı  evin ayrılmaz hissəsidir. Bu baxımdan xanımlarımız otağın daha rahat olmasını  istəyir.

 

Qonaq otağı dizaynı

 

                    Müasir mənzildə bir əsas qanun gözlənilməlidir: mebel nə qədər az olsa, bir o qədər yaxşıdır .

 

Qonaq otağı dizaynı

 

Ümumiyyətlə, otaqda avadanlığın qoyulması üçün müxtəlif üsullar vardır. Lakin bir cəhətə fikir verilməlidir ki, iş yeri pəncərənin qarşısında, istirahət yeri otağın dərinliyində, yemək stolu isə mətbəxə yaxın divarda olmalıdır.

 

Qonaq otağı dizaynı

 

Şəkillər, incəsənət nümunələri, güldanlar praktik əhəmiyyət daşımasa da, mənzil haqqında ümümi təəssürat yaratmağa kömək  edir. Otaqda rənglərin və aksesuarların uyğunluğuna diqqət edilməlidir.

 

Qonaq otağı dizaynı

 

Yalnız parçadan hazırlanan məhsullarda bu rəngdən istifadə edərək fərqli bir dünya görüşünü əldə etmək mümkündür. 
 Qonaq otağı dizaynı
Fərqli rənglərin kombinasiyası ilə evinizdə enerji yarada bilərsiniz. Qonağınız üçün hər şeyin mükəmməl olmasını istəyirsinizsə, otağı  döşəyərkən diqqətli olun.
Qonaq otağı dizaynı
 Qonaq otağında  gözəl bir tondan istifadə edə bilərsiniz.  Beləcə, fərqli əşya və aksessuarlarla kombinasiyanı canlandırmaq mümkün olar. Qırmızı divan və ağ-qara oturacaqlarla gözəl bir görünüş əldə edə bilərsiniz.         
Qonaq otağı dizaynı
Dramatik təsir yaratmaq istəsəniz, divarda tünd rənglərdən istifadə edə bilərsiniz. Tünd rəngli bir divandan istifadə edəcəksinizsə, mütləq açıq rəngli mebellərdən istifadə etmək lazımdır.
      Qonaq otağı dizaynı 
Şabalıdı rəngin bütün tonları diqqət çəkəcək. Bu rəngdə olan divarlar insanda xoşbəxtlik və əyləncə hissi yaradır. Əgər qonaq otağınızda divarların çox diqqətçəkici olmasını istəmirsinizsə, çox açıq  rənglərdən yararlana bilərsiniz.
Qonaq otağı dizaynı
Qonaq otağı üçün rəng seçərkən diqqət yetirməniz vacib olan bir məqam isə otağın böyüklüyüdür. Bəzi rənglər məkanı daha geniş, bəzi rənglər isə əksinə, daha  kiçik göstərir. Qonaq otağınız kiçikdirsə, işığın daha çox əks olunması və otağın daha geniş görünməsi üçün açıq rənglərdən istifadə etməlisiniz. Mavi rənglərin ən açıq tonları kiçik qonaq  otağı  üçün istifadə edilə biləcək ən uyğun rənglərdir.
Qonaq otağı dizaynı
23 iyul 2013
GO BACK