Yayın gəlişi ilə əlaqədar hər kəs evində dəyişiklik etmək istəyir. Yay gələndə qışdan qalmış bir çox əşya, məsələn, qalın xalçalar, pərdələr yeniləri ilə əvəz edilir, hətta evin təmirində də dəyişikliklər edilir. Bu xəbərimdə sizə fərqli bir ev dekorasiyası təqdim edirəm.
Evinizin dekorasiyasında kiçik əşyalarla sahil havası yaratmaq istəyirsiniz? Göy, mavi, qırmızı zolaqlı tək kreslo və onu tamamlayacaq dəniz mövzulu yastıq lazım olacaq. Bu dekorasiya sizin evinizin aurasında da dəyişiklik yaradacaq.
Evinizdə sahil dekorasiyası üçün divarlarda dəniz mənzərəli tablolardan da faydalana bilərsiniz. Dəniz ilbzilərini, dəniz ulduzlarını təbii rənglərlə birləşdirərək dekorasiyanızı tamamlaya bilərsiniz..
Dəniz mavisi, qırmızı, ağ rənglər sahil dekorasiyası üçün uyğun olan rənglərdir. Zolaqlı parçalardan istifadə etsəniz, dəniz evi ab-havasını daha gözəl yardacaqsınız.
Bu rənglərdən başqa dənizə aid olan məmulatlardan hazırlanmış aksesuarlardan istifadə etmək də sizə kömək edəcək. Burada olduğu kimi ağ lampalardan da istifadə edə bilərsiniz.
Əsasən mavi və boz rənginin müxtəlif tonları dəniz dekorasiyası üçün ən uyğun rənglərdir. Aksesuarlarınızı və tablolarınızı da seçməyi unutmayın.
Balıqqulaqlarından hazırlanmış şamdanlar romantik axşam yeməkləri üçün uyğundur.
Dekorasiyanın tamamlanması üçün aksesuarları unutmayın. Dəniz elementlərindən hazırlanmış aksesuarlar dekorasiya ilə vəhdət təşkil etməlidir.
Sahil dekorasiyasını bağ evlərində də tətbiq edə bilərsiniz.