Mətbəx evin deyərdim ki, ən diqqətçəkən hissələrindən biridir. Evdar xanımlarımız günlərinin çoxunu mətbəxdə keçirirlər. Elə xanımlarımız var ki, saatlarla mətbəxdən çıxmırlar. Özümüz şahidik ki, saytımızda da mətbəxdə olmağı sevən xanımlarımız çoxdur. Elə bu xəbərimi də günlərinin çoxunu mətbəxdə keçirən xanımlarımız üçün hazırlamışam.
Mətbəximiz ləzzətli yeməklərin və şirniyyatların bişirildiyi bir yer olmaqla yanaşı, bir sıra "zövqlü, maraqlı" söhbətlərin də edildiyi bir məkandır. Bəzən xanımların bu söhbətlərinə masa üzərindəki kiçik bir çay, yaxud da kofe süfrəsi də yoldaşlıq edər. Təbii ki, şirniyyat da süfrənin bəzəyidir. Çünki mətbəxi sevən xanımlarımız hər cür zövqə uyğun şirniyyatlar bişirməyi bacarır.
Mətbəx təmiz və rahat bir şəkildə yemək bişirməyinizə şərait yaradarkən, eyni zamanda da dəqiqiələrin sizin üçün bir zövq olmasını da təmin etməlidir. Bunun üçün də, yaxşı, zövqlə planlanmış mətbəxlərə ehtiyac vardır.
İstər mətbəx masası, istərsə də dairəvi mətbəx divanı ilə dizayn edəcəyiniz mətbəxinizdə ailənin digər üzvləri və ya rəfiqələrinizlə oturub söhbətləşəcəyiniz bir şərait yaratmağa çalışın. Təbii ki, bu zaman mətbəxin ölçüsü də nəzərə alınmalıdır.
Mətbəxinizdə rəng seçərkən döşəmədə, divar boyasında bir rəngdən, mebeli istədiyiniz rəngdən, aksesuarları isə nisbətən fərqli və daha al-əlvan rənglərdən istifadə etsəniz daha doğru olacaq. Məsələn, bu mətbəxdə örtük və döşəkcələr fərqli rəngdə seçilib və çox gözəl görünür.
Açıq rəngi sevən xanımlar ağ rəngli mətbəx mebeli, ağ rəngli masa, ağ rəngli güllər sizin zövqünüzə uyğun ola bilər. Açıq yaşıl oturacaqlar "ağ" rəngə qərq olmuş mətəbəxinizi daha da tamamlayacaq. Belə gözəl mətbəxinizdə rəfiqənizlə gözəl, xoş saatlar keçirə bilərsiniz.
Əziz xanımlar, hər birinizə hər zaman zövqlə yaşamağı, xoş günlər keçirməyi arzu edirəm!