Qadin.NET / Çəhrayı rəngli salon dekorasiyası

Çəhrayı rəngli salon dekorasiyası

     Yay aylarındə həm geyimlərimizdə, həm də ev dekorasiyasında açıq rənglərə üstünlük verilir. Belə rənglərdən biri də çəhrayıdır. Çəhrayı rəngdən ev dekorasiyasında az istifadə olunsa da çəhrayı xoşagələn rənglərdən biridir. Çəhrayı rəngdən ən çox uşaq otağında istifadə olunur. Amma, qonaq otağında da düzgün yerlərdə istifadə etsək, çox gözəl bir otaq dizayn etmiş olarıq. Çəhrayı insanın içinə sakitlik gətirən rənglərdən biridir. Siz də evinizdə çəhrayı rəngdən istifadə edə bilərsiniz. Əgər divar boyanız sizin üçün böyük bir dəyişiklik olacaqsa çəhrayı çiçəkli bir tablodan, divanın üzərindəki yastıqlardan hətta təbii çiçəklərdən də faydalana bilərsiniz. Pərdə seçimində də çəhrayı nazik tül münasib seçim ola bilər.

Çəhrayı rəngli salon dekorasiyası


     Evinizdə çəhrayı rəngdən istifadə etməyin digər asan bir yolu isə çəhrayı yastıqlardan və qoltuq şallarından istifadə etməkdir. Çəhrayı rəngli yastıqlar və şallar otağa xoş bir aura qatacaq. Yastıqlardan əlavə otaqdakı aksesuarları da çəhrayı və ya onun müxtəlif çalarlarında seçə bilərsiniz. Aksesuarlar çəhrayının nisbətən tünd çalarında olsa daha yaxşı və gözəl görünər. Otaqdakı digər əşyaları isə ağ rəngdə seçə bilərsiniz.

Çəhrayı rəngli salon dekorasiyası


    Çəhrayı rəngin otağınızda daha çox hakim olmasını istəyirsinizsə, pərdələri, divan, kresloları və xalçanı çəhrayı rəngdə seçə bilərsiniz. Çəhrayı ilə yaşıl, mavi və qəhvəyi rəng uyğun olmasa da bu rənglərin açıq çalarlarından da dekorasiyanızda istifadə edə bilərsiniz. Bu rənglərin qarışığı qeyri-adi görünəcək. Divar boyanızı da yaşıl rəngin açıq çalarından birinə boyaya bilərsiniz. 

Çəhrayı rəngli salon dekorasiyası


     Tək oturacaqlarda çəhrayının istədiyiniz tonlarından istifadə etməklə salon dekorasiyanıza çəhrayının romantik havasını verə bilərsiniz. Digər əşyaları isə tünd rəngdə seçsəniz tünd rənglərin arasında çəhrayı daha romantik görünəcək.

Çəhrayı rəngli salon dekorasiyası


     Təbii ki, güllər həmişə sizə ev dekorasiya etməyinizdə köməkçi olacaq.Əsasən də,güllər açan bir fəsildə ev dekorasiyanızda çəhrayı gülləri əskik etməyin. Çəhrayı güllərin arasına ağ güllər də qoya bilərsiniz..

20 iyun 2013
GO BACK