Uşaq otağı demək olar ki, evin ayrılmaz bir hissəsidir. Bu baxımdan xanımlarımız uşaqları üçün hər bir şeyin olmasını, otaqlarının daha rahat olmasını istəyərlər. Bu xəbərimdə sizə bir-birindən fərqli uşaq otaqları təqdim edirəm. Buyurun baxın..
Üç rəngin qarışığından istifadə olunub. Bu otaq rahat görünməsinə baxmayaraq, çox da işıqlı deyil. Görünür ki, körpələr üçün nəzərdə tutulmayıb. Məktəbli uşaqlar üçün, 8-10 yaş arası uşaqlar üçün dizayn olunmuş bir otaqdır.
Valideyinlər göy yaxud da mavi rəngli paltarları, oyuncaqları oğlan uşaqları üçün alırlar. Bu otaq tamamilə göy rəngdə dizayn olunub. Divarlar, döşəmə, maşın formasında çarpayı göy rənglidir.
Bu otaqda al-əlvan rənglərdən daha çox istifadə olunub. Divarlardakı şəkillərdən ,beşikdən hiss olunur ki, körpə uşaqlar üçün dizayn olunmuş otaqdır.
Bu otaqda daha çox narıncı rəngdən istifadə olunub. Qeyd edim ki, bu il də narıncı rəng dəbdədir. Çarpayı, şkaf, rəflər, bir sözlə otaqda olan hər bir şey uyğunlaşdırılıb. Çox gözəl və zövqlü dizayn olunub.
Sadə, balaca və işıqlı bir otaq. Çarpayının üzərindəki örtükdən uşaq otağı ab-havası hiss olunur. Qız uşaqları üçündür.
Bu otaqda da dəbə uyğun olaraq narıncı rəngdən daha çox istifadə olunub. Çarpayı isə ikimərtəbəlidir. Yəni iki uşaq üçün nəzərdə tutulmuş dizayndır. Otaqda uşaqların rahatlığı üçün iş stolu və səliqəli rəflər də var.
Bu otaqda çəhrayı rəngin açıq və tünd çalarlarından istifadə olunub. Ürəkşəkilli ayna, şkafın üzərindəki ürək fiqurlar, çarpayının üzərindəki tül xüsusilə gözəl görürünür. Qız uşaqları üçündür.
Açıq yaşıl rəng uşaq otağı dizaynında həmişə dəbdədir. İş stolu, divardakı rəflər, rahat çarpayı, pəncərədən düşən işıq otağı daha füsunkar edir. Oğlan uşaqları üçün nəzərdə tutulub.
İki rəngli dizayn- sarı və yaşıl rəngin qarışığı uşaq otağına yaraşar. Gözəl dizayndır.
Bənövşəyi və ağ rəng hər zaman dəbdədir. Bu otaqda iş stolu da olsaydı daha tam görünərdi. Amma yenə də zövqlü dizayn olunub.
Qız uşaqları üçün dizayn olunmuş çox gözəl və rahat bir otaq.
Məncə bu otaq sadəcə mükəmməl görünür...
Körpə uşaq otağı olduğu üçün divarlarda daha çox şəkillərdən istifadə olunub. Oğlan uşaqlarına daha çox uyğun gəlir.