Əgər yaşılın fərqli tonlarını sevirsinizsə, evinizdə dəyişik formalarda istifadə edə bilərsiniz. Fərqli rənglərlə kombinasiyasını təmin edib, evinizdə yaşıl bir enerji yarada bilərsiniz.
Bu evdə yaşıl divarlar ağ həsir kürsülər və ağ mebellərlə kombinasiya edilmişdir.
Dramatik bir təsir yaratmaq istəsəniz, divarda tünd yaşıl istifadə edə bilərsiniz.
Tünd rəngdə bir divar istifadə edəcəksinizsə, açıq rəng mebellər mütləq lazım olacaq.
Mətbəxdə yaşılın gözəl bir tonunu istifadə edə bilərsiniz.
Beləcə fərqli əşyalar və aksessuarlarla kombinasiyanı canlandırmaq mümkün olar.
Qırmızı kürsülərlə birlikdə gözəl bir görünüş əldə edə bilərsiniz.
Yataq otağında yaşıl istifadə etmək üçün ən asan yollardan biri açıq bir rənglə birləşdirərək yaşılın naxışlı halını istifadə etməkdir.
Beləcə tək bir mərkəz nöqtəsi yaratmaq və "boğmaq" yerinə ləkələr halında bütün otağa yayaraq, özünüzə geniş bir sahə yaratmış olarsınız.
Yalnız parça məhsullarında bu rəngi istifadə edərək fərqli bir dünya görüşünü əldə etmək də mümkündür.
Kürsülərin örtükləri və pərdəni yaşıl istifadə edərək kombinasiya edə bilərsiniz.
Döşəmələrdə yaşıl seçməyi düşünsəniz, fərqli bir dekorasiya tətbiq edə bilərsiniz.
Beləcə əşyalarınızda və divarlarınızla qərarı sərbəst verərsiniz. Ancaq yenə də uyğunlaşmanı itirmək olmaz.
Tropik bir dekorasiya istəsəniz, yaşıl kombinasiyalarını rahatlıqla istifadə edə bilərsiniz.
Özünüzü bir meşənin içində dincliklə uzanarkən xəyal edin, üstünüzdə yellənən ağac budaqları…Budur həyatınızdakı rahatlıq!