Qadin.NET / Ev alarkən nələrə diqqət etməliyik?

Ev alarkən nələrə diqqət etməliyik?

Ev alarkən nələrə diqqət etməliyik?

Ev alarkən nələrə diqqət etməliyik?

Uzun illər boyunca xəyalını qurdunuz, bunun üçün çalışdınız, çalışdınız və ən nəhayət ev ala biləcək duruma çatdınız. Yaxşı ev alarkən hansı faktorlara diqqət yetirməlisiz?

Ev sahibi olmaq hər kəsin istəyidir. Ev almağa qərar verdiyinizdə ilk əvvəl qonşularınızın kimlər olacağını araşdırın. Necə deyərlər "ev alma, qonşu al"

Sonra evinizin lokasyonu, mövqeyi, dairənin böyüklüyü, mənzərəsi, otaq sayı, təhlükəsizlik və s. kimi bir çox mövzuda ailəliklə bəzi meyarları başdan təyin etmək doğru olacaq. Nizamlamalarını daha rahat görmək üçün bir siyahı meydana gətirməniz məqsədə daha uyğundur. Sizin və ailənizin bütün ehtiyaclarını nəzərinizdə saxlayın. Bu vaxt siyahınızı meydana gətirdikdən sonra bir mütəxəssisə göstərməyi də yaddan çıxarmayın. Əminəm ki, siyahınıza onun da əlavə edəcəyi çox əhəmiyyətli mövzular olacaq.

Evinizin sizi dəstəkləyən mövqedə olması, kainatdan istədiklərinizi ala biləcəyinizə dəstək olacaqdır, ya da qarşısının alınması mümkün bəzi hadisələri əvvəldən bilməyinizi və ona görə tədbir görməyinizi təmin edəcək.

Xüsusilə evinizin ətraf analizi vacibdir. Yeni bir ev və ya torpaq satın almamışdan əvvəl bəzi xarici şərtlərin sizin doğum tarixinizlə uyğun olub olmamasına diqqət edilməlidir.

Satın almağı planlaşdırdığınız məkanın ətrafındakı dik yollar, evinizi kölgələyən yüksək binalar, evinizin girişindəki bir təpə, maşın yolunun sıx olduğu yerlər bəlkə də məqsədlərinizə çatmaqda sizi əziyyətə salacaq, problemlər yaradacaq.

Ev alarkən nələrə diqqət etməliyik?

Siyahınıza əlavə edə biləcəyiniz bir neçə kiçik başlıq:

Mətbəx şimal-qərbdən olmamalıdır.

Ana qapının üstündə wc olmamalıdır (müstəqil evlər üçün)

Evin yaxınlığında məzarlıq, yüksək gərginlik xəttləri olmamalıdır.

Evinizin ilk girişi işıqlı olmalıdır.

Mərkəzdə tualet və ya duş olmamasına diqqət göstərilməlidir.

Əziz xanımlar, bəylər! Allah hər birinizə ürəyinizcə bir ocaq, bir yuva qurmağı nəsib etsin. Ev almaq asandır. Əsas olan odur ki, o evin içində qarşılıqlı sevgi və hörmət olsun. Sevgi və hörmətin olduğu hər ev istidir.

 

Uğurunuz bol olsun!

17 mart 2016
GO BACK