Ev dizaynı ilə demək olar ki, xanımlarımızın çoxu maraqlanır. Bu baxımdan evdəki mebellər, pərdələr, xalçalar bir-birinə uyğun olmalıdır. Eyni zamanda evin işıqlandırılması da vacibdir. Son zamanlar bir-birindən fərqli lampa modelləri ilə qarşılaşırıq. Tavan üçün, divar üçün, stolüstü, yerdən qoyulan lampalar vardır. Bu xəbərimdə sizlərə bir-birindən fərqli lampalar təqdim edirəm. Buyurun baxın.
Piramidaşəkilli sadə, stolüstü lampa modeli. Bu lampanı rahatlıqla qonaq otağına və ya yataq otağına qoya bilərsiniz.
Yataq otağı üçün dekorativ lampa modeli. Divara saldığı işıq sadəcə möhtəşəm görünür.
Tavandan asılan sadə şar lampa modelləri. Yataq otağı üçün daha münasibdir.
Bu lampaların hər ikisi dekorativ stolüstü lampalardır. Yataq otağı üçün uyğun modellərdir.
Üzərindəki naxışlar gözqamaşdırıcıdır.
Çox zərif bir lampadır. Stolüstündə sanki çiçək açmış görünütüsünü yaradıb. Çəhrayı rəng bu il də dəbdədir. Bu lampanı qonaq otağında, həm də yataq otağında istifadə edə bilərsiniz.
Geniş salonlar üçün ayaqlı sadə lampalar.
Bir-birindən incə və zövqlü seçilən lampalar.Qonaq otağı üçün nəzərdə tutulub.
Klassik modeldə və stolüstü lampa. Yataq otağınıza uyğun ola bilər.
Bu lampalar köhnə modeldə stolüstü lampalardır. Amma mən bu lampaları bəyəndim.
Üzəri qaşlı ayaqlı lampalar. Qonaq otağını zövqlə bəzəyər və eyni zamanda işıqlandırar.
Divar üçün gül formasında lampa. Uşaq otağı üçün gözəl lampa seçimidir.
Stolüstü, rəngli göbələk lampalar. Uşağınızın otağına rahatlıqla qoya bilərsiniz.