Qadin.NET / Yataq otağı rəngləri

Yataq otağı rəngləri

Yataq otağı rəngləri
   Ətrafımızda olan rənglər həyatımıza təsir edir. Yataq otağı rəngləri bütün yataq otağı dekorasiyası üzərində təsirlidir. Məsələn, qara divarlar və qara yataq örtüyü dəstləri yataq otağında depressiv ab-hava yarada bilər. Və ya da qırmızı rəngin çoxluq təşkil etdiyi yataq otağı dekorasiyası gözə yorucu gələ, rahatlığa mənfi təsir edə bilər. Buna görə də istər divar, istərsə də mebel üçün rəngləri seçərkən gözləri yormayan, rahatlaşdırıcı rənglərdən istifadə etməlisiniz. Təbii ki, bu, sizin otağınız üçündür. Uşaq otaqlarında isə istədiyiniz qədər çılğın rənglərdən istifadə edə bilərsiniz. Seçəcəyiniz aksesuarlar, işıqlandırma, yataq örtükləri və pərdələrinizlə yataq otağı dekorasiyasını evin ümumi dekorasiyası ilə uzlaşdıra bilərsiniz.
Yataq otağı üçün rəng seçimi
   Yataq otağında istifadə etdiyiniz mebellər və yataq otağınığın ümumi dekorasiyası yataq otağının rəng seçimində əhəmiyyətli rol oynayır. Məsələn, taxtası çoxluq təşkil edən mebelləriniz varsa və otağın ümumi görünüşü lüks havadadırsa, divarlarınızda açıq sarı, açıq narıncı rənglərdən, yaşılın müxtəlif tonlarından istifadə edə bilərsiniz. Zeytun yaşılı, limonlu yaşıl, yumurta sarısı kimi rənglər lüks, country stilində (country - kənd stilinin ümumiləşdirilmiş adıdır. Bu stilin əsas cəhəti təbiətə yaxınlıq, kənd həyatının ruhunu təqdim etməkdir) döşənmiş yataq otaqlarında uyğunluq yarada bilər.
Yataq otağı rəngləri
   Yataq otağınızda daha müasir ab-hava yaratmaq üçün (əgər kiçik mebellər ilə dekorasiya etməyi düşünürsünüzsə) mebellərdə tünd rənglərdən, divar və tavan boyalarında ağ, açıq boz tonları, bej, açıq qəhvəyi kimi rənglərdən istifadə edə bilərsiniz.
İndi isə sizlərə yataq otağınız üçün rəng seçməkdə işinizi asanlaşdıran və hansı rənglərin duyğularımızı hərəkətə gətirdiyi haqda bəzi məlumatlarla tanış olaq.
Yataq otağı rəngi kimi - qırmızı:
   Divarlarınıza canlı görünüş qazandıran və enerji verən rəngdir. Qırmızı rəng eyni zamanda qan dövranını sürətləndirir. Bu rəngdən xüsusilə gənc və uşaq otaqlarında istifadə edə bilərsiniz.
Yataq otağı rəngləri
Yaşıl:
   Sakit bir rəng istəyirsinizsə, yaşılın tonları axtardığınız rəng ola bilər. Yaşıl rəng sakitləşdirici bir mühit yaratmaq baxımından olduqca uğurlu rəngdir. Böyüklərin yataq otaqları üçün uyğun rəngdir.
Bənövşəyi
 Beynin yaradıcı hissəsini hərəkətə gətirdiyi düşünülən bənövşəyi rəng yataq otağında zadəganlığı təmsil edir. Gənc qızların  yataq otağı rəngi üçün ideal bir seçim olan bənövşəyi tonları ayrıca hobbi otaqları üçün də uyğun bir rəngdir.
 
Sarı:
   Sarının bütün tonları diqqət çəkəcəkdir. Sarı rəngli divarlar insanda xoşbəxtlik və əyləncə hissi yaradır. Əgər yataq otağınızda divarların çox diqqətçəkici olmasını istəmirsinizsə, çox açıq sarı və pastel sarısı rənglərindən yararlana bilərsiniz.
Yataq otağı rəngləri
   Yataq otağı üçün rəng seçərkən diqqət yetirməniz lazım olan bir başqa məqam isə otağın böyüklüyüdür. Bəzi rənglər məkanı daha geniş, bəzi rənglər, əksinə, daha  kiçik göstərir. Yataq otağınız kiçikdirsə, işığın daha çox əks olunması və otağın daha geniş görünməsi üçün açıq rənglərdən istifadə etməlisiniz. Açıq yaşıl, qəhvəyi, sarı rənglərin ən açıq halları və pastel tonları kiçik yataq otağı divarları üçün istifadə edilə biləcək ən uyğun rənglərdir.
   Əgər uşaqların yataq otağının divarlarını rəngləmək istəyirsinizsə, bənövşəyi, qırmızı, parlaq narıncı, tünd yaşıl kimi əyləncəli rənglər seçə bilərsiniz. Yataq otağı rəngləri üçün alternativlər sonsuzdur. Hazır boya firmaları kataloqlarından bir rəng bəyənə bilər, ya da böyük  marketlərdə müxtəlif rəngləri qarışdıraraq öz bəyəndiyiniz və kataloqlarda olmayan bir boyanı əmələ gətirə bilərsiniz.
Yataq otağı rəngləri

Yataq otağı rəngləri
19 mart 2013
GO BACK