Ev dizaynında önəmli əşya seçimlərindən biri də xalçalardır. Bu xəbərimdə xanımlarımıza sadə və son illər dəbdə olan xalça modelləri təqdim edəcəm. Ümid edirəm ki, bəyəndikləriniz olacaq. Buyurun baxın...
Qəhvəyi və ağ rəngin qarışığından ibarət yumşaq tüklü bir xalça. Son zamanlar bu model xalçalar dəbdədir.
Ağ-qara rənglər ev dizaynında həmişə üstünlüyə malik olublar. Sadəliyi sevən xanımlar üçün çox gözəl seçim ola bilər.
Nisbətən açıq rəngli xalçaları sevən xanımlarımız da var. Divanın üzərindəki yastıq xalçanı tamamlayır.
Yumşaq tüklü xalça. Üzərindəki iri basma gülləri daha çox bəyəndim. Xalçanın rəngi də gözəldir. Əgər ev dizaynınızda açıq rənglər hakimdirsə, ürək rahatlığı ilə bu xalçanı seçə bilərsiniz.
Yaşıl rəngi sevən, həm də qeyri-adiliklərə məftun olan xanımlar bu xalça sizin zövqünüzü oxşayacaq.
Həm qalın, həm sadə, həm də rəng seçimi pis deyil.
Digərlərindən fərqli olaraq daha genişdir və üzərindəki cizgilər də fərqlidir. Nisbətən nazik xalçadır.
Bu xalça mənə sanki yay fəslini xatırlatdı. Bəlkə də üzərindəki güldəndir.
Rəngi çox gözəldir, üzərindəki dördkünc cizgilər isə xalçanı çox sadə olmaqdan çıxarıb və xalçaya gözəl sadəlik bəxş edib.
Bu xalçaya baxarkən yerdə sal daşların olduğunu sandım. Qonaq otağı üçün münasib ola bilər.
Rəngarəngliyi sevən xanımlar, buyurun, bu da uşaq otağınızı bəzəyəcək olan bir xalça modelidir. Üzərindəki çiçəklər xalçaya xüsusi gözəllik verir.
Bir kəlmə - mükəmməl! Mən bu xalçanı çox bəyəndim. Həqiqətən də, döşəmədə böyük bir gül açmış kimi görünür.
Qalın və parlaq tüklü sadə xalça modeli... Hələ ki dəbdədir.
Belə bir xalçanı kim istəməz ki...
Qırmızı rəng hələ də dəbdən düşməyib. Bu xalça həm qonaq otağı, həm də yataq otağı üçün seçilə bilər.
Fərqliliyi, rəngarəngliyi sevən xanımlarımız üçün fərqli xalça modeli...
Rəng seçimi uğurludur. Çünki, qəhvəyi rəng heç vaxt dəbdən düşmür... Üzərindəki cizgilər də gözəldir.
Dairəvi və kiçikölçülü xalça... Bu xalçanın naxışları mənə az da olsa qədim xalçaları xatırlatdı.
Zebra naxışlı xalça... Evin giriş hissəsi üçün yaxşı seçim ola bilər.