Qadin.NET / Bir-birindən fərqli pərdələr

Bir-birindən fərqli pərdələr

   Ev dizaynında ən əsas göstəricilərdən biri düzgün pərdə seçimidir. Evi pərdəsiz təsəvvür etmək heç də yaxşı olmaz. Pərdə seçmək heç də asan iş deyil. Pərdə seçimi üçün otağın divar rəngini, mebellərin rəngini, xalçanın rəngini də nəzərə almalıyıq. Bu xəbərimdə sizlərə sadə pərdə modelləri ilə tanış edəcəm. Buyurun xanımlar baxın. Sizlər üçündür....

Bir-birindən fərqli pərdələr

        Çox nazik tüldən hazırlanmış, açıq bənovşəyi rəngli pərdə. Üzərindəki balaca güllər pərdəyə daha da gözəllik verir.

Pərdənin rəngi otağın və kreslonun üzərindəki yastıqlara uyğun seçilib.

Bir-birindən fərqli pərdələr

        Geniş bir salon üçün çox uyğun pərdə modelidir.

Pərdə nisbətən qalın parlaq parçadan hazırlanmış və mebellərə uyğun açıq rəngdə seçilmişdir.

Bir-birindən fərqli pərdələr

           Aşağıdan ağ nazik tül, üstdən isə ipək ağ-qara qarışıqlı bir pərdə. Ağ-qara rəngləri ev dizaynında həmişə dəbdədir.

        Yeniyetmə xanımlarımız, otağınıza pərdə seçmək istəyirsiniz? Məncə bu model əsl sizlikdir. Sanki balaca bir otaq üçün tikilib, üzərindəki bantı lap bəyəndim.Qeyri-adi bir pərdə kimi görünür.

Bir-birindən fərqli pərdələr
Bir-birindən fərqli pərdələr

        Bunlar isə balon pərdə modelləridir. Digər modellərdən fərqlidilər. Bu pərdələr geniş pəncərələri olan salonlar üçün daha münasib seçimdir.

Bir-birindən fərqli pərdələr

          Yataq otağı üçün çox gözəl seçimdir. Yataq otağının pərdələri daha qalın və tünd rəngli parçalardan tikilir .

Bir-birindən fərqli pərdələr

           Yenə ağ-qara pərdələr. Bu otaqda sanki başdan -başa uyğunluq yaradılıb. Divarlar, divan pərdələr tam uyğunlaşdırılıb..

           Çox sadə bir pərdədir.Sanki üzərində parıldayan və indicə yağmış kimi görünən qarlar var...

     Bəzən rənglilik və fərqlilik də lazımdır...

 Bu pərdəni çox bəyəndim. Rəng seçimidə zövqlüdür və klassik bir modeldir.

Məncə bu pərdə həm qonaq otağı, həm də yataq otağı üçün yaxşı seçim ola bilər...

           Nazik tüldən tikilmiş, yanlardan bağlanmış və bir qatlı sadə bir pərdə seçimi..

Bir-birindən fərqli pərdələr

          Klassik pərdə modeli. Amma bu pərdə mənə ağır göründü. Belə pərdələri seçib bəyənən xanımlarımız da var təbii ki....

Bir-birindən fərqli pərdələr

  Sarı rəng ev dizaynında, xüsusən də pərdə seçimində uğursuz bir rəngdir. Amma bu pərdə çox gözəl görünür. Bəlkədə uyğunluq var ondandır...

13 fevral 2013
GO BACK