Qadin.NET / Kaktusa qulluq

Kaktusa qulluq

Kaktusa qulluq

Mən kaktusu çox sevirəm. Bu qədər tikanlı  olmasına baxmayaraq gözəl çiçəklər açır.

Əsas odur ki, bəhrəsi insanda xoş təəssürat yaradır. Mən kaktusu əzablara dözən, həyatın çətinliklərində sərt mövqe tutan, lakin öz övladlarını sevgiylə yetişdirən və cəmiyyətə layiqli övlad verən insanlara bənzədirəm.

Əslində kaktuslara baxmaq o qədərdə çətin deyil. Kaktusların əsas düşmanı rütubət və çox sulanmaqdı. Əgər sulamaq qaydasını düzgün yerinə yetirsəz görəcəksinizki kaktusunuz necədə surətli inkişaf edərək çiçək açır.

Sulayarkən istifadə edilən qab hər dəfə sulayarkən eyni ölçüdə, eyni gündə və eyni miqdarda su tökülməlidir. Əgər kaktusda böyük bir dəyişiklik yoxdursa sulanmada istifadə edilən qab, ölçü və su miqdarı dəyişdirilməməlidir.

Kaktusa qulluq

Fevral-Mart aylarında seyrək halda(təxminən 15 gündə bir) sulanır. Yayada 4-5 gündən bir yaxşı sulanaraq saxsı torpağının suya yaxşıca doyması təmin edilməlidir.

İsti havalarda üzərinə su səpə bilərsiz. Payızda verilən suyu yenidən azaldılmalıdır. Qışda (istirahət və tumurcuq meydana gəlməsi dövründə) isə xüsusilə soyuq yerlərdə saxlanılmalı və kaktus heç su verilməməlidir. Ancaq, Noyabr-Fevral ayları arasında istiliyin 10 oC'den daha yüksək olduğu yerlərdə saxlanılan kaktus ayda bir püskürtmə ilə çox az su verilə bilər. Ən uyğun suvarma suyu yağış suyudur. Yağış suyu təmin edilə, bulaq və ya quyu suları ən az 24 saat qaldıqdan sonra istifadə edilə bilər. İstirahət dövründə olduqları zamanda kaktusa su və xüsusilə gübrə verilmir. Versəniz böyük ehtimalla öləcəklər.

Kaktusa qulluq

Çoxaldılması zamanı köklərindən ayrılan kaktus dərhal ayrılan köklərindən başqa bir saxsının içinə əkilərək çoxaldılır. Saxsı dəyişməsi 5-6 ildə bir dəfə olsa kifayətdir. Kaktusun saxsısısı digər bitgilərdən fərqli olaraq böyük deyil hətda özündən balaca olmalıdır. Onda daha yaxşı inkişaf edir. Kaktus bitkisinin çoxaldılması üçün ən uyğun zaman isti aylardır.

İndi sizə katusların çiçəklərini göstərəcəm. Baxıb, heyran olmamaq mümkün deyil. Unutmayaq ki, kaktus digər çiçəklər kimi daimi su istəməsə də qayğıya ehtiyacı var. Axı o da canlıdır. Nə qədər sevgiylə yanaşıb düzgün qulluq etsəniz, o da sizə gözəl çiçəklər verər.

Əgər qışda şaxta 10 dərəcədən aşağı olmamaq şərtiylə, nə qədər soyuqda saxlasaz yaz və yayada daha çox çiçək açar. İstidə də saxlaya  bilərsiniz amma belə etsəniz bahar və yay aylarında çiçək açmayacaqlar. Sizin evdə əgər 5-6 kaktus yanaşıdırsa, onlar çox zaman eyni vaxtda çiçək açır. Çünki kaktuslar yanlarında yerləşən güldən və çiçəklərdən ilham alır.  

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq

 

Kaktusa qulluq
11 yanvar 2013
GO BACK