Evinizi bəzəyərkən fantaziyanızı gücləndirməlisiniz – bu şübhəsizdir.Lakin bu fantaziyanın yorucu təsir bağışlamaması üçün, bəzi sadə qaydaları saxlamağa dəyər.
Beləliklə, dekorativ interyerdə buraxılan 21 əsas geniş yayılmış səhvləri və bu səhvləri düzəltmək üçün 21 məsləhəti diqqətinizə çatdırıram.
1. Süni güllər. Canlı güllər, buketlər sizin evinizə təravət və təmizlik gətirəcək, lakin süni güllər yalnız toz.
2. Yumşaq mebel üzərində hədsiz çox yastıq. Əgər hər dəfə divana və ya yatağa uzanmaq və ya oturmaq lazım gəlirsə, siz gərək bu yastıqları kənara çəkməlisinız, durarkən uzandığınız yeri qaydasına salmalısınız, bu isə düzgün deyil.
3. Rənglərin qorxusu. Çox yaxşı olar ki, siz cəsarət göstərib evinizdə qeyri adi rəngləri düzgün şəkildə istifadə edəsiniz. Siz də mənimlə razılaşarsınız ki, hər şey eyni rəngli olanda ağ və ya bej rəngi- bu çox cansıxıcı olur.
4. Pəncərələrə laqeyd yanaşmaq. Pencərələri diqqətdən kənarda qoymaq olmaz. Pərdə seçərkən pəncərələrə gözəl bir çərçivəyə layiq şəkilə baxan kimi baxın.
Yanlış işıqlandırmalar. Pis ve ya yanlış işıqlandırılmış otaq dizayn məsələlərində hər şeyə diqqətlə yanaşmağınıza baxmayaraq adi və cansıxıcı görünəcək.
Əzilmiş xalçalar… Xalçalar yerdə sürüşməsin deyə onun uclarını mebelin ayaqları ilə bərkitmək lazımdır.
7. Tualet otağındakı xalçalar xüsusilə nəzarət altına alınmalıdır.
10. Ədəbazlıq. Qəribəlikləri və qeyri adi fantaziyaları yaxşı olar ki, aksesuarlar üçün saxlayasınız, ancaq mebelə isə daha ciddi yanaşasınız.
11. Hər şey ancaq eyni üslubdadır. Qariıdlrmaqdan qorxmayın.
2. Əşyaları yerləşdirməzdən əvvəl evi yaxşıca gəzin və əmin olun ki, sizə mane olan heç bir şey yoxdur. Əgər siz evdə rahat yerləşə bilmirsinizsə,deməli interyerdə nə isə dəyişiklik edilməlidir.
14. Lüzumsuz ciddyyət. Ev real heyata qulluq etməlidir.
15. Lazımsız əşyalarla doldurmaq. Əgər hər hansısa əşya sizin xoşunuza gəlmirsə, atın onu. Evdə sizin xoşunuza gəlməyən bir şeyi saxlamaq lazım deyil – hətta həddiyələr belə olsa.
16. Qeyri-mütənasib mebel. Əmin olun ki, sizə onda oturmaq ve uzanmaq rahatdır.
17. Köhnəlmiş əşyalar. Bəzən predmetlər evdə yaşayaraq nəsildən nəsilə keçir. Belə ki, vaxt aşırı köhnəlmiş qapı və ya kreslonu dəyişdirmək lazımdır.
19. Örtülməmiş kabellər. Yaşadıgınız evi kosmik gəmi bölməsinə və ya fabrik sexinə çevirmək lazım deyil. Keçiriciləri gizlətməyin bir çox yolu var.
20. Girəcəyə qarşı etinasızlıq. Girişdə əski-üskü və əyilmiş və köhnəlmiş başmaq qoymaq düzgün deyil.
21. Divarlardakı artıq fotolar. Fotolar-çox əladır, lakin yaxşı olar ki divarda ən yaxşı bir iki şəkil olsun, qalanlarını isə alboma yığmaq daha yaxşı olar.