Təbiətin rənglərini itirdiyi, çiçəklərin yarpaqlarını tökdüyü, budaqların çılpaq qaldığı payız qış aylarında, bağçanızı, eyvanınıza, ya da evinizə rəng qatacaq çiçəkləri sizlər üçün seçdim!

Aynısafa
Payız aylarından bahara qədər rəngarəng çiçəklər verən və vazada da uzun zaman solmayanı Aynısafa, rənglərin itdiyi qış aylarına canlılıq qatmaq üçün yaxşı bir alternativdir. Xüsusilə sarı narıncı tonlarını seçim edə bilərsiniz.

Kardələn
Qarlı günlərdə çiçək açdığı üçün "ilin ilk çiçəyi" deyilən kardələn, ilk botanikaçılar tərəfindən Soğanlı bənövşə olaraq təyin olunmuşdu. Mənfi 15 dərəcə istilikdən belə təsirlənməyən bu dayanıqlı çiçəklər yanvar ayından mart sonuna qədər çiçək aça bilir.

Şebboy
Qış dövrlərində, xüsusilə noyabr və dekabr ayında əkilən çiçəkdir.Şebboy çiçəklərinin qış aylarında sulanması mövzusunda çox diqqətli olunmalı, çox tez və təpədən suvarma edilməməlidir. Bir çox fərqli növü olan bu möhtəşəm çiçəyin qoxusuna da doyamaq olmur

Atatürk çiçəyi
Ana vətəni Meksika olan, Atatürkün Türkiyəyə gətirildiyi və bu çiçəyi çox sevildiyi üçün adına "Atatürk Çiçəyi" deyilən bu bitkiyə yeni il ərəfəsində çox daha tez rast gələrik. Qışda yarpaqlarını tökməyən və Yeni ilə doğru açan sarı rəngli kiçik çiçəklər təxminən iki ay müddətində nar qırmızısı rəngində olur.