Qadin.NET / Uşaq otağı üçün pərdə seçimi

Uşaq otağı üçün pərdə seçimi

Uşaq otağının dizaynında pərdə seçimi çox əhəmiyyətlidir.

Gəlin, pərdə seçərkən hansı nüanslara əsaslanacağımıza birlikdə nəzər yetirək. 

 İlk növbəti uşaq otağının pərdəsi ekoloji təmiz materialdan hazırlanmalıdır. 

Uşaq otağı üçün pərdə seçimi

Bütün valideynlər mənimlə razılaşar ki, evdə xüsusi təmiz olacaq guşə məhz uşaq otağı olmalıdır. Bu baxımdan uşaq otağının pərdəsi keyfiyyətli parçadan hazırlanmalıdır. Belə ki, bu pərdənin tez-tez yuyulma ehtimalı daha böyükdür. 

 

Uşaq otağı üçün pərdə seçimi

 

Pərdə seçimində estetik nüans da gözdən qaçmamalıdır. Övladınızı uşaq yaşlardan gözəlliyi duymağa, qavramağa öyrətsəniz, gələcəkdə yaxşı zövqə sahib olacaqdır. Uşaq bu otaqda vaxtının çox hissəsini keçirtdiyi üçün pərdə onun gözünü yormamalı, zövqlü olmalıdır. 

 

Uşaq otağı üçün pərdə seçimi
  

Digər bir tələb isə uşaq otağının işıqlı olmasına fikir verməkdir. Buna görə də pərdə günəş işığını yaxşı əks etdirən yüngül parçadan hazırlanmalıdır. 

 

Uşaq otağı üçün pərdə seçimi

 

Rəng seçiminə gəldikdə isə, otağın ümumi interyeri nəzərə alınmalı, pərdənin rəngi divarların və ya mebelin rəngi ilə harmoniya təşkil etməlidir. Hər halda seçimin açıq rənglər üzərində dayanması daha məqsədəuyğundur.

 

Uşaq otağı üçün pərdə seçimi
28 oktyabr 2012
GO BACK