Qadin.NET / Eklektika

Eklektika

Eklektika

Eklektika-yunanca tərcümədən seçilmiş,seçən deməkdir.İnteryer dizaynında 2 və ya bir neçə əksməna daşıyan stilin,ideyanın toqquşmasıdır.

 Eklektika interyer dizaynında fərdi formalar,postmodern və başqa dəbli obrazların birləşdiyi bir növdür. Bəzən bu növü zövqsüz də adlandırırlar. Romantizm epoxasına çox böyük uğurla daxil olan bu növ arxitektur stili pozmur.İnteryer dizaynında müxtəlif növ parçalarla işlənilmiş,və ya dairəvi formalardan əşyalar daxildir: bunlar komfortu əks etdirən yastıqlar,və ya əl işi olan əşyalardır.

 

Eklektika

 Eklektikanın xüsusiyyətləri:

-dairəvi künclü divarlar;

- dekorativ mebellərdə ziqzaq,üçbucaq, dairə elementləri;

-ipək divar kağızı,ağır drap pərdələr;

-yumşaq divan dekorativ yastıqlarla,hind yataq örtükləri,xalçalar;

-qızılı çərçivəli şəkillər,güzgülər-şüşə çilçıraqlar;[

-müxtəlif xırda detallar.

Eklektika

  Eklektika stili bir neçə stili özündə əks etdirir:rokoko,renessans,klassisizm,ampir. Eklektikada dekor vacib elementlərdən hesab olunur. Taxta mebelin üzərində işlənmiş dinamik formalar eklektika stilində işlənən kreslo,divanların ayaqları interyerə ecazkar rəngarənglik,maraq qatır. Əsasən bu stil çox komfortlu və rahatdır. Divarda- divar kağızı və ya keramik plitələr vurulur; döşəməyə parket düzülür və xalça sərilir. Komfortunuzu təmin  edən şkaf-kupe də istifadə oluna bilər. İnteryer dizaynında komfort ən vacib məsələdir.Eklektika məhz seçim azadlığını  sevənlər üçündür.

6 fevral 2013
GO BACK