Qadin.NET / Ən gözəl otaq onlara

Ən gözəl otaq onlara

Ən gözəl otaq onlara


Yəqin ki,uşaqlıqda çoxlarının otağı olmayıb.Hətta bəziləri qonaq otağında,ya da ata-anası ilə bir otaqda yatıb.Sosial -iqtisadi şərait insanları buna vadar etsə də son vaxtlar əksər valideynlər otaqlardan birini uşaqlara ayırmağa çalışırlar.Mütəxəssislərin fikrincə,evin ən böyük otağı uşaqlar üçün ayrılmalıdır. Çünki bu,uşağın daha zəkalı böyüməsinə səbəb olur.

Uşaq otağı necə olmalıdır?
Hər şeydən əvvəl uşaq otağı evin ən səssiz guşəsində olmalıdır.

Divarların rəngi açıq rəngdə olmalıdır.Açıq rənglər otağı daha geniş və daha işıqlı göstərir.Uşağınızın yataq dəsti ilə divarın rəngi uyğun gələrsə daha gözəl olar.Qız üçün çəhrayı,oğlan üçün mavi rəng olması prinsipi heç də əsas deyil.Açıq yaşıl,saman sarısı,mavi-yaşıl,açıq qırmızı və.s ola bilər.Uşağınızın yatağından asdığınız oyuncaqlar onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

Otaqda istifadə edilən əşyaların və mebellərin yuvarlaq kənarlı olması uşağınızın təhlükəsizliyi baxımından çox vacibdir.Otaqdakı xalçaların toz udmayan materiladan hazırlanması da az əhəmiyyət kəsb etmir.Otağın işıqlandırılması üçün parlaq işıqlardan istifadə edilməsi məsləhət görülmür.Bundan başqa abajur və gecə lampalarından da istifadə etmək olar.Pəncərənin bağçaya açılması və ya şərqə baxması uşağınızın ruhən sağlam böyüməsi üçün çox vacibdir.

4 fevral 2009
GO BACK