Evimizin dekorasiyasında həmçinin qurudulmuş mextəlif gül növlərindən də istifadə olunur.Bu həm təbiət həsrətini aradan qaldırmaq,həm də otaqlara daha canlı,gözəl görünüş vermək üçün edilir.Çiçək qurudulmasının müxtəlif üsulları vardır.Onların daha rəngli və nisbətən canlı qalması üçün nə etmək lazımdır? Xəbərin ardında...
Bu üsul heç bir kimyəvi maddə istifadə etmədən çiçəklərin təbii yolla qurudulması üsuludur.Bunun üçün yaxşı havalandırılan,qaranlıq və ya azca işıqlandırılmış,quru,təmiz və isti bir məkan şəraitinin olması şərtdir.Çünki,çiçəklər nə qədər tez quruyarsa, bir o qədər rəngini və formasını yaxşı qoruyub saxlayar.Gül dəstəsi toplandıqdan sonra yarpaqları ehtiyatla qoparılır,dəstə iplə yaxçıca sarınır və başı aşağı olmaqla əvvəldə dediyimiz qurudulma üçün əlverişli şəraitdə yuxarı tavandan asılır.
Bəzi güllər qəzet kağızı üzərində yayılaraq da qurudula bilər.Bu zaman çiçəklərin kiflənməməsi üçün 1-2 gündən bir çevrilməsi lazımdır.
Havada qurutma üsulu rahat bir üsul olsa da,bəzən istənilən nəticəni almaq olmur.Bunun üçün də digər bir qurutma üsulundan qumda qurudulmadan istifadə edirlər.Amma əvvəlcədən deyim ki,bu üsul bir qədər səbr istər.
İstifadə olunacaq qum çox incə dənəli,tozdan arınmış olmalıdır.İçərisində duz qalıntısı və ya digər əlavə maddələr varsa,yaxşıca yuyulmalı və süzülməlidir.Daha sonra 126 dərəcə isidilmiş sobada qumlar qurudulur ki, digər mikroorqanizmlər də ölsün.Burda incə bir nöqtəni bilmək lazımdır.Qumun sobada təmamilə qurumasını necə anlamaq olar?Bunun üçün qumun içinə bir az silisium kristalları qarışdırıb gözləmək lazımdır.Əgər qum dənələri mavi rəngə çevrilirsə,deməli qumlar təmamilə qurumuşdur.Qurudulan qum incə gözlü ələkdən keçirilərək topacları xırdalanır.Və yalnız bundan sonra çiçəkləri qumda qurutma işinə başlanılır.
Bunun üçün bir qutu götürülür(məsələn,ayaqqabı qutusu da ola bilər).Qutunun içərisinə 2-5 sm yüksəklikdə artıq işlənib təmizlənmiş və qurudulmuş qum yayılır.Onun da üzərinə qurudacağınız çiçəklər qoyulur.Onun da üzərindən barmaq aralarından yavaş bir şəkildə qum tökülür.Tökülən qumun qalınlığı 2-5 sm-i keçməməlidir.
Qeyd: Qurudacağınız gülə və ya çiçəyə tel,sim taxmağı planlayırsınızsa,bunu qurutmağa başlamazdan əvvəl etmək lazımdır.Quruyan çiçəkləri isə qumdan yumşaq bir fırça köməyi ilə təmizləmək lazımdır.
Qumda qurutma işi 3-5 həftə ərzində həyata keçir.
Silisium sürətli bir quruducudur.Çox çəçəkləri 2-3 gün içində quruda bilir.Zambaq kimi ətli yarpaqlı çiçəkləri isə 10 günə qurudur.Çiçəklərin parlaq,canlı rəngini qorumaq üçün silisium ideal quruducudur.Qeyd etməliyəm ki,silisium digər quruduculardan daha baha başa gəlir.Amma istifadə müddəti olmadığı üçün alınması sərfəlidir.Çiçək qurutmaq üçün istifadə olunacaq silisium incə toz halında olmalıdır.Satışda olan silisum əgər qurudursa mavi,yaşdırsa gül və ya ağ rəngdə olur.Silisumda qurutma şəkli qumda olduğu kimidir.Yalnız bir fərq çiçəklər silisumda uzun müddət tutularsa,çox quru və tez qırıla bilən hala gələrlər.Qurutmadan sonra çiçəklərin üstündəki tozlar yenə də yumşaq fırça ilə təmizlənir.
Ümüdvaram ki,burda yazdıqlarım nəinki bu yazını xahış edən xanımımıza,eyni zamanda digər dekorasiya sevən xanımlarımızın da işinə yarayacaqdır.
Evinizə özünüz dekorasiya verin
Quru budaq və tüllərdən dekorasiya (özün düzəlt)
Sadə çantaya dekorasiya vermək