Metalik rənglər
Parıltılı rənglər modern və nostalji təsirini yaradır. Qəhvəyi, bej, ağ, açıq boz rənglərdən əlavə sarı kimi rənglərdən tərz yarada bilərsiniz. Klassik mətbəx şkaflarının detalları çox diqqət cəlb edir. Şkafların qulpları qızılı metal rənglərdə olsa da, parlaq görüntü yaracaq.
Klassik mətbəx mebellərində işıqlandırma diqqət çəkənlər arasındadır. Qızılı rəngli metallarla dekorasiyanı işıqlandıra bilərsiniz. LED texnologiyasına xas klassik lampalara üstünlük verə bilərsiniz.
Pudra rənglərlə, klassik detalları birləşdirin
Pudra rənglərin və klassik detalları birləşdirib dəbli və sadə mətbəx dekorasiyası yarada bilərsiniz. Krem, qəhvəyi, pudar tonları əsas istifadə edəcəyiniz rənglər olsun. Diqqət çəkən detallarda bronz, qızılı rənglərə üstünlük verə bilərsiniz.