1. Rəgli işıqlar
Elektriklə işləyən rəngli işıqlar son illərin sevimli dekorasiya nümunələrindəndir. Evinizin hər küncünü bəzəyə bilərsiniz.
2. Yeni il ağacı
Yeni il dekorasiyasının əvəzedilməz aksesuarı yeni ağacıdır. İstədiyiniz böyüklükdə alıb bəzəyə bilərsiniz.
3. Qar kürələri
Xüsusilə, balaca şaxta babaların və ya rəngli maralların olduğu qar kürələri evinizi rəngarəng edəcək. Qar kürələri eyni zamanla gecə lampası və musiqi qutusu kimi də istifadə edilir.
4. Yeni ilin ruhunu əks etdirən şamlar
Şam ağacı, şaxta baba, maral... Bunlar hamısı yeni ilin simvollarıdır. Rəngli şamlarla yeni il gecəsini rəngləndirə bilərsiniz.
5. Qutu oyunları
Yeni ildə oyunlar oynamaq ənənəyə çevrilib. Bunun üçün bir çox insanla oynaya biləcəyiniz qutu oyunlarından alın.