Yay aylarındə həm geyimlərimizdə, həm də ev dekorasiyasında açıq rənglərə üstünlük verilir. Belə rənglərdən biri də çəhrayıdır. Çəhrayı rəngdən ev dekorasiyasında az istifadə olunsa da çəhrayı xoşagələn rənglərdən biridir. Çəhrayı rəngdən ən çox uşaq otağında istifadə olunur. Amma, qonaq otağında da düzgün yerlərdə istifadə etsək, çox gözəl bir otaq dizayn etmiş olarıq. Çəhrayı insanın içinə sakitlik gətirən rənglərdən biridir. Siz də evinizdə çəhrayı rəngdən istifadə edə bilərsiniz. Əgər divar boyanız sizin üçün böyük bir dəyişiklik olacaqsa çəhrayı çiçəkli bir tablodan, divanın üzərindəki yastıqlardan hətta təbii çiçəklərdən də faydalana bilərsiniz. Pərdə seçimində də çəhrayı nazik tül münasib seçim ola bilər.
Evinizdə çəhrayı rəngdən istifadə etməyin digər asan bir yolu isə çəhrayı yastıqlardan və qoltuq şallarından istifadə etməkdir. Çəhrayı rəngli yastıqlar və şallar otağa xoş bir aura qatacaq. Yastıqlardan əlavə otaqdakı aksesuarları da çəhrayı və ya onun müxtəlif çalarlarında seçə bilərsiniz. Aksesuarlar çəhrayının nisbətən tünd çalarında olsa daha yaxşı və gözəl görünər. Otaqdakı digər əşyaları isə ağ rəngdə seçə bilərsiniz.
Çəhrayı rəngin otağınızda daha çox hakim olmasını istəyirsinizsə, pərdələri, divan, kresloları və xalçanı çəhrayı rəngdə seçə bilərsiniz. Çəhrayı ilə yaşıl, mavi və qəhvəyi rəng uyğun olmasa da bu rənglərin açıq çalarlarından da dekorasiyanızda istifadə edə bilərsiniz. Bu rənglərin qarışığı qeyri-adi görünəcək. Divar boyanızı da yaşıl rəngin açıq çalarından birinə boyaya bilərsiniz.
Tək oturacaqlarda çəhrayının istədiyiniz tonlarından istifadə etməklə salon dekorasiyanıza çəhrayının romantik havasını verə bilərsiniz. Digər əşyaları isə tünd rəngdə seçsəniz tünd rənglərin arasında çəhrayı daha romantik görünəcək.
Təbii ki, güllər həmişə sizə ev dekorasiya etməyinizdə köməkçi olacaq.Əsasən də,güllər açan bir fəsildə ev dekorasiyanızda çəhrayı gülləri əskik etməyin. Çəhrayı güllərin arasına ağ güllər də qoya bilərsiniz..
XƏBƏR LENTİ
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Mayli Sayrus qəribə paylaşımları ilə DİQQƏT çəkdi-FOTO
Çiy bibərin faydaları
(cizgi filmi)
Blinçik boğçası (foto resept)
Paranoyaya kişilərdə daha çox rast gəlinir
Vahid məktəbli forması necə olacaq?
Keramikadan təbiətin imtasiyası
Bir-birindən gözəl eyvan dekorasiyası
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
Burnunuzu kəsirsiniz, yoxsa səsinizi?
Neslihan Atagül Bakıya gəlir
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Ağız qoxusunun çarəsi
Beren Saat ilk dəfə evliliyindən danışdı - VİDEO
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Məşhur aktrisa ərə getdi
“Hercai”nin “Miran”ı sevgilisi ilə - FOTO
Azərbaycanda güclü qar yağdı
Azərbaycan güləşçiləri beynəlxalq turniri 24 medalla tamamlayıblar 16:10, 25 noyabr 2013
Ana südü hansı orqanın məhsuludur?
Qvinet Paltrou makiyajsız halı ilə QORXUTDU
Nə qədər sayt işləyir?
Qız kabab yeməklə 15 min qazanaraq birinci oldu
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Üzr istəməsən, ölərəm
Prezident İlham Əliyev: "Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi növbəti hərbi cinayətdir"
Samsung sağlamlıq platforması yaratdı
Günün qoroskopu: Pozitiv gündür!
Nazim ilə Piraye
Şahzadə Yevgeniya: Çapığımdan utanmıram - FOTO
Bakıda 3000-ə yaxın müəllimin maaşı artırıla bilər
Yatmadan əvvəl dəri baxımı
Saç sağlamlığı üçün saçları necə yumalı?
“Formula-1”ə görə bağlanan yollar
Sağlıqlı və xoşbəxt olmağın 20 yolu
Prezident onu vəzifədən AZAD ETDİ
Özünüzü idman etməyə məcbur edirsiniz?
Qadın boksçularımız Almatı turnirində yarımfinalda
Evdə saç jelesi hazırlayaq
İrem Derici Bakıya gəlir
Mitinq çağırışı edən saytlar bağlanacaq
Samsung smartfon kimi saat buraxacaq
Gözəl jaketlər
Saç boyasını dəridən təmizləməyin üç asan yolu
Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb
Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq-VİDEO
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
- ŞƏRHLƏR