Bildiyiniz kimi, ev dekorasiyalarında çiçəklərin əhəmiyyəti olduqca böyükdür. Otağa fərqli rəng və ahəng qata bilən bu canlılar ağıllı seçimlərdir.
Əvvəlcə bunu bilməlisiniz! Çox qədimdən edildiyi kimi qonaq otağına və ya zala dekorasiya vermək məqsədilə hər tərəfi sarmaşıqlarla örtmək artıq dəbdə deyil. Çünki indiki vaxtda bu çiçəklərin oturduğunuz sahələrinizi çox örtməsi sizlərə boğulma və sıxılma hissi verə bilər. Ağılla istifadə etməklə yataq otağınızdan mətbəxə və ya vanna otağına qədər çiçəklərlə evinizin hər yanını dekorasiya edə bilərsiniz.
Əvvəlcə qonaq otağınız üçün hansı bitiklərin daha gözəl olacağını bildirmək istəyirəm. Qonaq otağınız üçün mütləq yaşıl bitkilər seçməlisiniz. Böyük və kiçik formalarda dekorasiya etdiyiniz bitkilərlə otağınıza fərqli və xoş bir rəng qata bilərsiniz. Seçəcəyiniz çiçəklər rənglərini otağınızdakı əşyalara da uyğunlaşdırsanız, ciddi mənada gözəllik yaratmış olarsınız. Çiçəyi olmayan yaşıl bitkiləri seçməniz sizin üçün üstünlük təmin edə bilər.
Yataq otağı üçün süni çiçəkləri seçməlisiniz!
Yatdığınız mühitdə sağlamlıq şərtlərindən ötrü gecələr oksigeni azaltmaması üçün canlı çiçəklər deyil, süni çiçəklər seçməlisiniz. Yenə də rəngarəng çiçəklərlə günə başlamaq istəyənlərdənsinizsə, oksigen miqdarını çox azaltmayacaq çiçəkləri seçməlisiniz.
Dəhliz və girişlər üçün süni çiçəkləri seçməlisiniz!
Dəhliz davamlı olaraq gəliş-gediş yeri olduğu üçün canlı çiçəklər burada qırıla bilər. Həm də, ümumiyyətlə, dəhlizlərin işıq düşməyən, günəşsiz mühit olduğunu hesab etsək, onsuz da digər çiçəklər burada uzun müddət yaşamayacaqlar. Buna görə də bu cür mühiti sevən çiçəklər sizlər üçün ideal olacaq. Bundan başqa, dekorasiya məqsədi ilə dəhlizinizin divarlarından da istifadə etməyiniz evinizə ayrı bir gözəllik qatacaq.
Təbii ki, çiçəyinizi mətbəxdə də yetişdirmək istəyirsinizsə, bu seçim bənövşə, ya da kaktus olmalıdır!
Xüsusilə də ev xanımlarının uzun zaman keçirdikləri mətbəxlərdə psixologiyaları baxımından da bu cür bitkilərin saxlanması lazımdır. Gözəl bənövşə çiçəkləri ilə, ya da suya ehtiyac duymayan kiçik və sevimli bir kaktus ilə bunu təmin edə bilərsiniz. Əlbəttə ki, dekorasiyaya uyğun olaraq kiçik saxsılar, ya da bunların əvəzinə daha orijinal fikirləri də qiymətləndirə bilərsiniz. Məsələn, istifadə etmədiyiniz orta ölçülü bir qəhvə fincanı içində kaktus olduqca xoş görünə bilər.
Bildiyiniz kimi, bəzi çiçəklər olduqca çox rütubətə ehtiyac duyurlar. Siz də bu cür bitkiləri sevənlərdənsinizsə, bu çiçəklərinizi də vanna otağına, ya da buna bənzər, rütubətlilik nisbəti yüksək olan yerlərdə yetişdirə bilərsiniz. Vanna otağı ümumiyyətlə, rütubətli, ya da qaranlıq olur və işığı da çox sevməyən çiçək növləri bu sahə üçün ideal olacaq.
XƏBƏR LENTİ
Çinə tibbi maska aparmaq istəyən biznesmeni aldatdılar
2014-ün proqnozu: At ili insanlara nə gətirəcək?
"Bakıda hazırkı temperatur normadan yüksəkdir" - Nazirlik
Bu müəllimlərin maaşı hələ artırılmayacaq
Yağ: bu qədər qorxu hardandı?
Nusret 14 min 500 qadını qonaq etdi-FOTO
Birinci xanımların içindəki TƏK KİŞİ
Dronla yadplanetli gəmini lentə aldı-FOTO
Uşaq köpəyi, köpək uşağı xilas etdi
Kimlər ünvanlı sosial yardım ala bilərlər?
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
Ölkədə bu iki qorxulu xəstəlik geniş yayılıb
Yağış yağacaq
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Mehriban Əliyeva onu qonaq çağıran ailənin evində - FOTO
Dərman kimi qidalar
Qabaq ilə ədviyyatlı krem-şorba (foto resept)
Bakıda şaxtalı havalara son
Not ilk dəfə kim tərəfindən yaradıldı?
Normal dəri
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Twitter-də "smaylik"lər peyda oldu
Bakı-Ələt yolunda yeni keçid
Evi təmir etdi, 17 milyona satışa çıxardı - FOTO
Yeni Təhsil nazirimiz kimdir? - DOSYE
TƏBİB sədrindən karantinin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Amerikalılar Trampın pandemiya ilə bağlı sözlərinə etimad etmədilər
Pul yığmaq üçün hansı dəyişiklikləri etməli?
Dünyanın ən gənc milyarderi
Mübariz İbrahimov
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
İnstagram çökdü
Azərbaycanda təhlükəli sürüşmə
Xoşbəxtlik üçün 20 addım(1)
İtirilmiş telefonlardakı məlumatları silmək mümkün olacaq
HAVA necə olacaq?-18 Avqust
Tələbə qız azdı, meşədə 25 gün sağ qaldı
Dəbli toy donları
Səhralar
Məşhurlar 80-ci illərdə
Yuxudan gümrah oyan - 7 məsləhət
Azərbaycanda zəlzələ olub
Təzə əncir şirniyyatı (foto-resept)
Hamiləlikdə baş ağrısı və miqren
Dahilərdən gözəl sözlər - 11
Bir sehrli meyvə - qreypfrut
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Ətli-göbələkli rulet (foto resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Rəsm cəkməyi öyrənək-3
- ŞƏRHLƏR