Qadin.NET / Haruki Murakami “Kafka sahildə”

Haruki Murakami “Kafka sahildə”

 

Haruki Murakami “Kafka sahildə”

 

“Kafka sahildə” əsərini tam mənasıyla dərk edə bilmədim. Əsər sanki bir tapmacadı, Nə zamansa təkrar oxumaq kimi bir niyyətim yoxdu. Romanda yazarın nə dərəcədə müsiqi vurğunu olduğunu gördüm, özüm də müsiqini çox sevdiyim üçün bu cəhətini bəyəndim. “Kafka Sahildə” əsəri klassik bir romandır, mifik və klassik tabuların tədqiqatıdır və özünə məxsus stilistikası olan əsərdi.

Qeyd edim ki, bu əsərdə iki qəribə insanın taleyindən danışılır. 15 yaşında evdən qaçan Kafka Tamura və pişik dedektivi kimi tanınan Nakatadır. Amma bu qəhrəmanlar haqqında heç bir şey yazmaq yox, bu əsərdə maraqlı gələn bir obrazdan danışmaq istəyirəm–Oşima. O, Kafkanın anasının rəhbərlik etdiyi kitabxanada Saki xanımın köməkçisi kimi fəaliyyət göstərir. Oşima bioloji olaraq qadın, psixoloji olaraqsa kişidir. Oşimada məni cəlb edən bütün olaylara fərqli baxış bucağı, fəlsəfi düşüncəsi oldu. Bir sual məni düşündürür “biz bu cür insanları qəbul edə bilirikmi?” Məncə, yox. Onlara lağ etmək, məsxərəyə qoymaq, sanki onlar özləri bu cür doğulmağı istəyirmiş kimi absurd düşüncəmiz yalnışdı.

Haruki Murakami “Kafka sahildə”

Allahın yaratdığı varlığa lağ etmək insan deyilən kəsə yaraşmaz.

Oşimanın bütün mövzularda düşüncəsi çox xoşuma gəldi, indi onların hamısını sizlərlə bölüşsəm çox uzun olacaq, amma bir neçə məqam haqqında olan fikirlərini sizlərlə bölüşmək istəyirəm.

Allahın yaratdığı varlığa lağ etmək insan deyilən kəsə yaraşmaz.

Oşimanın bütün mövzularda düşüncəsi çox xoşuma gəldi, indi onların hamısını sizlərlə bölüşsəm çox uzun olacaq, amma bir neçə məqam haqqında olan fikirlərini sizlərlə bölüşmək istəyirəm.

Oşimanın “Darıxmaq və bezmək” haqqındakı fikirləri:

“Bu dünyada insanlar darıxdırıcı olmayan şeylərdən tez bezir, ancaq darıxmadıqları şeylər əslində ən maraqsız və darıxdırıcı şeylərdir. Bu, həmişə belə olur. Mənim darıxmağa boş vaxtım var, ancaq bezməyə yox. Bu iki duyğunu insanlar heç vaxt ayırd edə bimir.”

Elə mənim də darıxmağa boş vaxtım olur arada, amma bezməyə heç vaxtım və səbəbim yoxdu.

Oşimanın “Azadlıq” haqqındakı fikirləri:

“Bəlkə də dünyada heç kim azadlıq arzulamır. Sadəcə olaraq elə hesab edirlər ki, azadlıq arzulayırlar. Hər şey bir utopiyadır. Əgər həqiqətən əllərinə azadlıq keçsə, nə edəcəklərini bilməzlər. Bunu yadında saxla insanların əslində azadlıqlarının müəyyən mənada əllərindən alınmasından xoşları gəlir”.

Doğru vurğulanıb, bu hiss əsasən də qadınlarda daha qabarıq özünü büruzə verir, Əgər bir oğlan sevgilisinin üzərində ciddi “rejim” qoymursa, ora getmə, bunu etmə, bunu geymə demirsə, demək bu oğlanın əxlaqı zəifdi deyə düşünürük və azadlığımız əlimizdən alınmayıb deyə hətta o oğlana birtəhər baxırıq. Əslinə baxsaq, əks cinsin bu hərəkətlərini istəməyimiz əsla SEVGİ deyil, BİZ QADINLARIN AZADLIQLARININ ƏLİNDƏN ALINMAQ İSTƏYİDİ, Vəssalam.

Bilirəm, çox xanımlarımız bu yazdıqlarımı qəbul etməyəcək, mənə özlərini tanıtmağa çalışacaq, amma gəlin səmimi olaq, (içi mən qarışıq) müəyyən mənada azadlığımızın əlimizdən alınmasını xoşluyuruq əziz həmcinslərim.

Əsərin fərqliliyi ondadı ki, hadisələrin çoxu xəyalətdə baş verir. Və ən maraqlısı odur ki, əsərdə saat 16:35-i göstərəndə məndə o an saata baxdım saat 16:35 idi və əsərdə hadisələr iyul ayında baş verdiyi kimi məndə bu əsəri iyul ayında oxuyurdum.

Zaman insanın varlığının üstünə çox dərin mənaları olan köhnə bir yuxu kimi düşür. Yuxuda da olsa, realda da olsa kitabları oxuya bilmək, kitabları başa düşmək mükəmməl hissdi, əziz kitabsevər dostlar.

Kitabın adına gəldikdə isə niyə “Kafka sahildə” olmasının səbəbini bilmədim, amma düşünürəm ki, Kafka Xəzərin sahilində olsaydı mütləq bəyənərdi.

 

30 noyabr 2017
GO BACK