Qadin.NET / Ata!

Ata!

 

Varlığım, yoxluğum,sən hər şeyimsən,
Tükənməz ümidsən,arzusan ATA!
Həyat başqa dünya,sən başqa Dünya,
Dünyamın içində dünyasan ATA!

Sənin üzərində qurulub cahan,
Varlığın, ruhundu məni yaşadan!
Desələr: səninçün nə demək Atan?
Ən çətin sualsan,cavabsan ATA!

Olanda uzaqda, dünya gəlir dar,
Çılpaq bədənimə sanki yağır qar,
Sitayiş etdiyim iki varlıq var,
Mənimçün ikinci ALLAHsan ATA!

 


Müəllif - Eltun_Zahidoğlu

6 noyabr 2011
GO BACK